Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


§ 2. Torpaq hüququ anlayışı və onun mahiyyəti



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə16/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   205
torpaq hüququ

§ 2. Torpaq hüququ anlayışı və onun mahiyyəti 
 
«Torpaq hüququ» anlayışını müəyyən edərkən, başlanğıc olaraq, hüquq nəzəriyyəsinin hüquq və 
qanunvericilik kimi kateqoriyalarının nisbətinə müasir yanaşma  əsas götürülür. Torpaq hüququnun müəyyən 
edilməsi hər şeydən əvvəl hüququn və qanunvericiliyin ümumi fərqinə, habelə hüquq sistemi və qanunvericilik 
sistemlərini təşkil edən elementlərin müxtəlifliyinə söykənir.  Əgər hüquq sistemi norma və münasibətlərin 
ideyasıdırsa, qanunvericilik sistemi isə hüquqi normaların və sahəvi sistemlərin qruplaşmasıdırsa, o zaman 
müstəqil hüquq sahəsi kimi torpaq hüququnu xarakterizə edərkən  əslində söhbət hüquq sistemini təşkil edən 
müvafiq qruplaşmalardan biri haqqında gedir. Beləliklə, torpaq qanunvericiliyi hüquq sisteminin elementi 
olmaqla yanaşı, bu sistemin digər elementləri ilə üzvi şəkildə bağlıdır. Bu bağlılıq özünü hüquqi normaların 
formalaşmasına – hüquq münasibətləri modelinə müvafiq ideyaların təsirində göstərir. 
Hüququn azadlıq ölçüsü kimi, ictimai münasibətlərin bütün sahələrində hüquq və öhdəlikləri uzlaşdıran 
sosial  ədalətin normativ təsbiti kimi başa düşülməsi, həmçinin öz sosial mahiyyətinə görə hüququn ictimai 
yekdillik, kompromis vasitəsi kimi qəbul edilməsi, torpaq münasibətlərini tənzimləyən normaların 
xarakteristikası üçün prinsipial əhəmiyyətə malikdir. 
Məlum olduğu kimi hazırkı dövrdə torpaq-hüquq münasibətləri məsələsində  vəziyyət  əsaslı  şəkildə 
dəyişmişdir:  torpaq üzərində dövlət mülkiyyətinin inhisarı  ləğv edilmiş  və onun yerini mülkiyyətin 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin