çoxnövlülüyü tutmuşdur. Bunlar - dövlət, bələdiyyə və xüsusi mülkiyyət formalarıdır. Bəzi hüquqşünasların
fikrinə görə torpaq üzərində dövlət mülkiyyəti inhisarının ləğvi torpaq hüququnun ayrıca hüquq sahəsi kimi
yaranmasına səbəb olmuşdur. Belə ki, torpaq münasibətləri- mülki və inzibati hüquqla tənzimlənən- iki qrupa
ayrılmışdır. Bu səbəbdən də bir sıra müəlliflər hesab edir ki, torpaq hüququ müstəqil sahə kimi daha mövcud
deyil. İndi torpaq iqtisadi dövriyyənin obyekti olmaqla, mülki hüququn təsir sahəsinə düşür.
Lakin bu suala düzgün cavab vermək üçün bir daha hüquq sahəsinin (qanunvericiliyin) xüsusi sahəyə
ayrılmasının meyarları haqqında sualın müasir qoyuluşuna müraciət etmək lazımdır. Nə predmet, nə də metod
birmənalı qaydada qanunvericilik sahəsini müəyyən etmir. Eyni bir münasibət (predmet) tənzimləmənin
xarakterindən və məqsədindən asılı olaraq müxtəlif sahələrin tənzimləmə obyekti ola bilər. Birmənalı olmamaq
daha çox dərəcədə metoda aiddir. Sahənin birmənalı müəyyənliyi predmet və metoda üçüncü meyarla –
tənzimləmə dərəcəsi, kodlaşdırma sənədinin (aktının) mövcudluğu ilə uzlaşma yaradır. Qanunvericilik sahəsinin
üç amilə görə formalaşmış məcmusu bir çox hüquqi normaları əhatə edir:
- predmet – nə tənzimlənir;
- metod – necə tənzimlənir;
- kodlaşdırma aktının mövcudluğu – nə ilə tənzimlənir.
Əgər yuxarıda göstərdiyimiz üçlüyü hüquqi massivin, torpaq münasibətlərini tənzimləyən hüquqi
normaların məcmusunun əsasına qoysaq o zaman aşağıdakı əsas nəticələrə gəlmək olar: