Müstəqilliyimizin ilk günlərindən etibarən Azərbaycanın təhsil strukturunda yeniliklərin aparılması zərurəti də meydana gəldi. Müstəqillik illəri dövründə qəbul edilmiş təhsil direktivlərinin tələblərinə müvafiq olaraq ölkəmizdə bakalavriatura, magistratura, rezidentura və doktorantura pillələri təhsilin əsas pilləri hesab olunur. Magistratura pilləsində bir sıra ixtisaslar istisna olmaqla əksər ixtisaslarda təhsil alan tələbələrə, yəni magistrantlara ali məktəb pedaqogikasının öyrədilməsi zəruri hesab edilmişdir. Bu məqsədlər respublikamızın bütün ali məktəblərinin magistratura pilləsində yeni fənn kimi ali məktəb pedaqogikası kursu tədris olunur. Ali məktəblərimizdə mövcud olan şəffaflıq mühiti, eləcə də onların nizamnamələrində təsbit olunan sərbəst fəaliyyət istiqamətləri və beynəxalq təhsil standartlarına istinad etmə halları nəzərə alınaraq müvafiq nazirliklər tərəfindən təsdiq olunmaqla ali məktəblərə proqramların hazırlanmasında müstəqillik verilmişdir. Ali məktəb pedaqogikası fənninin proqramında pedaqoji elmin bütün kateqoriyaları öz əksini tapmaqla yanaşı, ali məktəbin idarəolunması ilə bağlı mövzular da öz ifadəsini tapır.
Məlum olduğu kimi, tədris materialları təhsilə dair dövlət direktivlərinin tə- ləblərinə uyğun seçilərək proqramlaşdırılır və tərtib olunur. Yəni öncə təhsilin dövlət standartlarına uyğun baza planları, baza planlarına uyğun tədris planları, tədris planlarına uyğun tədris proqramları və nəhayət, tədris proqramları (fənn proqramları) əsasında dərsliklər hazırlanır.
Proqramlar həm Təhsil Nazirliyinin sifarişi ilə, həm də müstəqil müəlliflər tə- rəfindən hazırlanır, müxtəlif mərhələlərdə müzakirə edilib bəyənildikdən, nazirli- yin kollegiyası tərəfindən təsdiq olunduqdan sonra tətbiq olunması tövsiyə edilir. Bir sıra xarici ölkələrdə isə proqram və dərsliklərin hazırlanmasında rəngarənglik vardır. Bəzi Avropa ölkələrində hər bir təlim-tərbiyə müəsissəsinin kurrikulumu (təhsil proqramı) olur. Həmin kurrikulumda təlim-tərbiyə müəssisələrinin idarə olunmasının bütün prinsipləri, tələbləri, istiqamətləri, iş formaları, üsulları və s. öz əksini tapır. Proqram və dərsliklər də həmin kurrikulumun tələblərinə müvafiq ola- raq müstəqil müəlliflər tərəfindən hazırlanır.
Azərbaycanda da müstəqil dövlət quruculuğu dövründə həm fənn proqram- ları, həm də dərsliklərin müstəqil müəlliflər tərəfindən hazırlanması halları artıq müşahidə olunmağa başlanmışdır. Bir sıra ali məktəblərdə elmi-pedaqoji-metodik səviyyəsi yüksək olan proqramlar hazırlanaraq tətbiq olunur. Həmin proqramlar əsasında hazırlanan dərsliklər də tələbələrin istifadəsinə verilmişdir. Açığını etiraf edək ki, istər məktəb pedaqogikası, istər ali məktəb pedaqogikası üzrə Xarici Dillər Universitetinin kafedra müdiri, akademik Nurəddin Kazımov tərəfindən hazırlanan ilk proqram və dərsliklər bu sahədə əsl meyar rolunu oynamışdır. Onun ardınca digər müəlliflər də ali məktəb pedaqogikası kursunun proqramlarını və həmin proqramlar əsasında öz dərsliklərini hazırlamağa başlamışlar. Şübhəsiz, sanballı
proqram materialı, samballı dərs vəsaitləri və dərsliklərin ortalığa çıxarılmasını stimullaşdırır. Onu da qeyd etmək vacibdir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali məktəblərə təqdim olunan tədris planında ali məktəb pedaqogikası kursunun həcmi cəmi 36 saatdan ibarət olduğu üçün bütün kursun mövzularını verilən həmin saatlarda yerləşdirmək zərurəti yaranır. Ona görə elə etmək lazımdır ki, ali məktəb pedaqogikası kursunda nəzərdə tutulan pedaqoji proses, təlim, tərbiyə, təhsil, psixoloji inkişaf və idarəetmə məsələləri lakonik şəkildə proqramda yer ala
bilsin. Məsələn, ali məktəb didaktikası ilə bağlı bir mühazirə materialına həm didaktikanın yaranması, təşəkkülü, həm inkişaf mərhələləri, həm Azərbaycan təhsilinin mahiyyəti, məzmunu və həm də dünya təhsil sistemi ilə bağlı məlumatlar burada müqayisəli şəkildə öz əksini tapmalıdır. Biz də bu çətinlikləri nəzərə alaraq proqramın ali məktəb didaktikası bəhsini aşağıdakı sistem üzrə verməyi məqsədəuyğun hesab etdik: Ali məktəb didaktikası. Didaktikanın yaranması, təşəkkülü və inkişaf mərhələləri. Azərbaycan təhsil sistemi. Baloniya təhsil sistemi. Dünya təhsil sistemi. Azərbaycanda və dünyada ali təhsil. Təhsil Qanunu və digər ölkələrin təhsil direktivlərilə onun müqayisəli təhlili.
Ali məktəb tələbələri ilə aparılan tərbiyə işləri ilə bağlı mövzuları biz 3 mühazirə mövzusunda lakonik şəkildə birləşdirməyə məcbur olduq. Yəni ideya- siyasi, ağıl, əxlaq, mənəvi, estetik, fiziki, iqtisadi, ekoloji, hüquq tərbiyəsi mövzuları ilə yanaşı, dünyagörüşün formalaşdırılması mövzusu da daxil olmaqla bütün bu məsələləri 3 mühazirə mövzusunda ifadə etdik. Eləcə də ali məktəbin idarə olunması problemi ilə bağlı olan mövzuları da məhdudlaşdırmağı qərara aldı. Cəmi 1 mühazirə, 1 seminar mövzusu olmaqla ali məktəbin idarə olunması mövzularını lakonik şəkildə birləşdirdik. Yeri gəlmişkən qeyd etməliyik ki, proqramda pedaqoji proseslə, təlim işləri ilə və bütövlükdə təhsillə bağlı olan bütün məsələləri təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə istinad etməklə sistemləşdirdik. Magistrantlara metodik istiqamət vermək üçün həmin prinsipləri yada salaq.
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır;
Humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması;
Demokratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin müxtariyyətinin artırılması;
Bərabərlik – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanların yaradılması və təhsil hüququnun təmin olunması;
Millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;
Keyfiyyətlilik – təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
Səmərəlilik – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili;
Fasiləsizlik və vəhdətlilik, daimilik – mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik-qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi;
Varislik – təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi;
Liberallaşma – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
İnteqrasiya – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı;
Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, izahat vərəqəsində adı çəkilən mövzular, onların ardıcıllığı, məzmunu və tədrisinə ayrılan vaxtın miqdarı müvafiq kafedralar tərəfindən müzakirə edilməli və sonra ali məktəbin elmi şurası tərəfindən təsdiq olunmalıdır. Elmi şuranın bəyəndiyi proqram materialı nazirliyin proqram və dərslik şöbəsinə təqdim edilməli və təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunandan sonra tətbiq olunmalıdır. Ali məktəblərin magistratura pilləsində yuxarıda göstərilən həcmdə mühazirə və seminarlar məşğələlərindən sonra magistrantlar pedaqoji təcrübə keçməlidirlər. 1 ay müddətində, yəni 4 həftə ərzində tələbələr təsdiq olunmuş təqvim-tematik plan əsasında pedaqoji təcrübə keçməli, təcrübə və müşahidə materiallarını gündəliklərində şərh etməli və təcrübə rəhbərlərinə hesabat verdikdən sonra qiymətləndirməlidir.
Məlumdur ki, pedaqogika bir elm kimi XVII əsrdə böyük çex maarifçisi, ictimai xadimi Yan Amos Komenski (1592-1670) tərəfindən yaradılmışdır. Yan Amos «Böyük didaktika» əsərini yazmaqla sadədən mürəkkəbə pilləli təhsilin inki- şaf xüsusiyyətlərini, təlimetmənin, yəni öyrətmənin mahiyyəti, qanunauyğunluq- ları, üsulları, yolları, prinsipləri və təşkilati formalarını müəyyənləşdirmişdir. O,
«Böyük didaktika» əsərində ardıcıllıq, sistematiklik, əyanilik, şüurluluq, müvafiq- lik, biliklərin möhkəmləndirilməsi, təbiətvarislik prinsiplərinin elmi-pedaqoji əsas- lara söykənən cəhətlərini aydınlaşdırmış, təlimin əsas təşkilati forması olan dərsin strukturu, mərhələləri, tipləri, formaları, tərbiyəvi əhəmiyyəti barədə ətraflı məlu- mat verməklə yeni bir elmi-pedaqoji sistem yaratmışdır. Komenskinin bu sistemi bu gün də dünya təhsil sisteminin əsası və bünövrəsi hesab olunur. Y.A.Komenski çex pedaqoqu sayılsa da, o, Çexiyada çox az bir müddət yaşamış və əsərlərinin cüzi bir hissəsini Vətənində yazmışdır. O, əsərlərinin böyük əksəriyyətini Avropa- nın digər ölkələrində hazırlamış və çap etdirmişdir. Bunun isə ən başlıca səbəblə- rindən biri onun Hernborn akademiyasında oxuması, Almaniya Federasiyasının Baden Vürtemberq Universitetini bitirməsidirsə, ikinci başlıca səbəbi isə Çexiya- dan qovulması ilə bağlıdır. Çexiyada uzun müddət yaşayıb işləyə bilməməsinin sə-
bəbi isə Y.A.Komenskinin Çexiyadakı Protestant Çex Qardaşları Sektasının (məz- həbinin) üzvü olması, bu məzhəbin mənəvi dəyərlərini təlim-tərbiyə işinin orto- doksal qanunauyğunluqları və prinsipləri kimi təqdim etməsi nəticəsində katolik kilsənin və siyasi dairələrin tənqidinə məruz qalaraq ölkədən sürgün edilməsidir. İki böyük məzhəbin, iki nəhəng dini qurumun yaratdığı qarşıdurmalar, ixtişaşlar ölkədəki siyasi duruma mənfi təsir göstərdiyindən Yan Amosun mənsub olduğu Çex Qardaşları Sektası dağılmiş, onun üzvlərindən bir qismi həbs olunmuş, bir qis- mi edam olunmuş, bir qismi isə ölkədən sürgün edilmişdir. Y.A.Komenski də sür- gün olunanlar sırasında olmuşdur. Güman etmək olar ki, ölkənin siyasi dairələri onun maarifçi olduğunu, təlim nəzəriyyəsinin yaradıcısı olmasını, ziyalılığını nə- zərə alaraq ona ən yüngül cəza tətbiq etmişlər. Böyük pedaqoq ömrünün axırına qədər Almaniya, Avstriya, Fransa və Hollandiyada yaşayıb işləməyə məcbur olmuş və Hollandiyanın (Niderlandiyanın) paytaxtı Amsterdamda vəfat etmişdir. Bu sətir- lərin müəllifi Amsterdamda olarkən şəhərin girəcəyində Hollandiyanın ictimai, si- yasi, iqtisadi və mədəni həyatında böyük xidmətləri olan Niderlandın abidəsini zi- yarət edərkən yerli alimlərdən birinin Komenskinin Hollandiyanın təhsilinin inki- şafındakı rolu ilə bağlı söhbətini və ona ithaf olunan xatirə lövhəsini müşahidə et- dikdən sonra Y.A.Komenski ilə bağlı pedaqogika tarixinə məlum olmayan yeni in- formasiya və məlumatları əldə etməyə müyəssər olmuşdur.
Y.A.Komenski Avropanın demək olar ki, bütün ölkələrini dolaşmışdır. O, Bal- kan ölkələrində, İngiltərə, Fransa, Almaniya, İtaliya, Avstriya, Belçika və İsveç- rədə öz pedaqoji ideyalarını yaymaqla məşğul olmuş, ən çox Almaniya və Hollan- diyada öz «Böyük didaktika»sının tətbiqinə çalışmışdır. Almaniyada, Fransada, İn- giltərədə, İtaliyada, Belçikada, Hollandiyada bir sıra alimlərlə, maarifçilərlə, peda- qoqlarla keçirdiyimiz görüşlərdən, Y.A.Komenski ilə bağlı nəşr olunmuş tədqiqat əsərlərindən, habelə, «Pedaqogika» dərsliklərindən, dərs vəsaitlərindən, pedaqoji lüğətlərdən, ensiklopedik nəşrlərdən əldə etdiyimiz informasiyalara, məlumatlara istinad etməklə belə bir qənaətə gəlmək olar ki, Yan Amos öz «Böyük didak- tika»sını «Pansofiya məktəbi» adlandırmaq istəmiş və doğrudan da, əksər yazıla- rında Pansofiya ideyasının reallaşmasına ciddi cəhd göstərmişdir. Heç bir ədəbiy- yatda Komenskinin Pansofiya ideyası barədə ətraflı məlumat olmadığını nəzərə alaraq, onun bir qədər ətraflı izah olunması burada yerinə düşərdi.
«Pansofiya» sözünün «Pan» sözündən yaranmasına heç bir şübhə yoxdur.
«Pan» sözü isə yunan sözüdür. Qədim yunan mifalogiyasına görə, çəmənliklər Allahı Pan meşə Allahı Hermonun oğludur. Qədim yunan mifologiyasındakı əski və mütləq ideyalara görə bütün canlılar kimi insanlar da meşələrdə yaşamışlar. Her- monun oğlu Panın köməyi və himayəçiliyi sayəsində guya insanlara hər şeyi öyrət- mək mümkün olmuş və onlar meşələrdən çıxaraq çəmənliklərdə qəbilə və icma şəklində yaşamağa müyəssər olmuşlar. Qədim yunanlardan irsən keçən «Pan» sözü müasir yunan dilçiliyinin orfoqrafiya lüğətində də «Pan» şəklində işlədilir. Mənası isə «hər şeyi öyrənirəm» deməkdir. «Pan» sözü həm keçmiş SSRİ, bugünkü Ru- siya və Azərbaycan məkanında hazırlanan bütün ensiklopedik nəşrlərdə «hər şeyi öyrənən» mənasında şərh edilir. ASE-də Pan- (yun. Pan-hər şey)- «hər şeyi ehtiva edən», «hər şeyə aidlik» mənalarını bildirən ifadə kimi izah edilir (bax: ASE-nin baş redaksiyası, Bakı, 1983, səh. 444). Komenskinin «Pansofiya məktəbi» əsərini nəzərdən keçirsək görərik ki, böyük pedaqoq təkcə bu əsəri yox, elə «Böyük didaktika»da daxil olmaqla bütün əsərlərini «Pansofiya ideyası» əsasında yazmış- dır. Pansofiya ideyası sözünün həm yunanca, həm də Komenskinin əsərlərində göstərilən yozumu isə «Hər şeyi öyrənmək» mənasında işlənmişdir. Bu ideyaya uyğun olaraq yazdığı «Ana məktəb», «Dillərin açıq qapısı», «Bütün əşyaların teat- rı», «Duyulan əşyalar aləmi şəkillərdə» əsərlərində birmənalı şəkildə Komenskinin
«Hamıya hər şeyi öyrətmək» arzusunu görürük. Bütün ensiklopedik nəşrlərdə Ko- menski yaradıcılığı üçün səciyyəvi olan fikir heç bir morfoloji-qrammatik dəyişik- liklərə uğramadan belə yazılır: «Komenskinin pedaqoji görüşlərinin əsasında pan- sofiya (hamıya hər şeyi öyrətmək) ideyası durur». Bu fikir həm də ən görkəmli ko- menskişünas alimlərdən olan A.A.Krasnovski (Rusiya), D.Lordkipanidze (Gürcüs- tan) və Ə.Seyidov (Azərbaycan) kimi bənzərsiz pedaqoqlarımızın əsərlərində ol- duğu kimi verilir. Görünür həmin ensiklopedik nəşrlərdə Komenski haqqında veri- lən bu fikri onun yaradıcılığına aid olan mətnə daxil edərkən adı çəkilən alimlərin əsərlərindəki eyni formalı fikrə istinad olunmuşdur.
Y.A.Komenskinin «Pansofiya ideyası» fikrinin ən maraqlı cəhəti onun bu sö- zün ikinci tərəfinə «sofiya» sözünü əlavə etməsidir. Burada bir məsələyə də aydın- lıq gətirsək, fikrimizi daha dürüst məntiqə söykənən məcraya yönəltmiş olarıq. Bu,
«Pan» sözünün hamımıza yaxşı məlum olan tərəfidir. Yəqin hamımızın yaxşı ya- dındadır ki, keçmiş SSRİ məkanınında kommunist ideologiyasının ən qatı tənqid hədəflərindən biri də «Panislamizm», «Pantürkizm» idi. Kommunist ideoloqları
«Panislamizm»i, «Pantürkizm»i açıqlamasalar da, bizə aydın idi ki, panislamizmin, pantürkizmin vahid mənsəbi hamıya «Qurani-Kərim»dən gələn elmi, mənəvi, əx- laqi dəyərləri öyrətmək ideyası idi. Komenskiyə də bu anlayış, heç şübhəsiz ki, məlum idi. Komenski də bu ideyanın sonunda özünün pansofiya ideyasını irəli sür- mək və hamıya hər şeyi öyrətmək istəyirdi. Əgər panislamizm «Qurani- Kərim»dən gələn ideyalar əsasında hamıya hər şeyi öyrətməyə üstünlük verirdisə, Komenskinin pansofiya ideyasında protestançılığın dini ideologiyası xəttinə üstün- lük verilirdi (Yuxarıda qeyd etdiyimiz kimi Komenskinin Çexiyada qəbul edilmə- məsi və oradan qovulmasının səbəblərindən biri də bu idi). Nəzərə almaq lazımdır ki, «Sofiya» sözü də qədim yunan mifologiyasından gəlir. Qədim yunan əski mifoloji fikrinə görə, müqəddəs Sofiya hər fəndi bilən mifdir. Yunanıstanda yara- nan «Sofizm cərəyanı» da həmin ölkədəki «Sifistika»ya əsaslanır. «Sifistika» isə yunanca «Sophistike»-mübarizəni fəndgirliklə aparmaq bacarığı mənasında şərh edilir (Bax: ASE, Bakı, ASE-nin baş redaksiyası, səh. 394). Yunan Sofistləri (yu- nanca «sophistes»): ixtiraçılar, müdriklər, aqillər hesab olunurdular.
Bütün bu məna çalarlarını nəzərə alan Komenski «pansofiya ideyası» deyəndə sxolastik və doqmatik fərdi təlimdən imtina etməklə, hamıya hər şeyi ayrı-ayrı elmlər vasitəsilə sinif şəraitində, müəllimin rəhbərliyi altında, təlimin təşkilati for- ması olan dərs zamanı öyrətməyə üstünlük verirdi və buna da nail oldu. Beləliklə, elmi pedaqogikanın bünövrəsi qoyuldu. «Pedaqogika» sözü də yunan sözüdür və sözün kökü olan «pedaqoq» sözündəndir. Yunanca «Paidaqoqos»-tərbiyəçi; paiz, paidos-uşaq+aqo-yönəldirəm, tərbiyə edirəm deməkdir. «Pedaqogika» sözünə Ko- menskinin əsərlərində rast gəlmirik. Qeyd etdiyimiz kimi, elmi pedaqogika Ko- menski tərəfindən əsası qoyulan elmi didaktika (Böyük didaktika) əsasında yaradıl- mışdır. Komenski elmi didaktika sahəsində yaratdığı konsepsiyalarını, əsasən, Al- maniyada, Avstriyada və Hollandiyada tətbiq etməyə başlamışdır. Həmin dövrdə Çexiyada və adı çəkilən ölkələrdə dövlət dili alman dili olduğu üçün Y.A.Komens- ki elmi-didaktika sahəsindəki («didaktika» yunan sözü olub «didaktikos» sözün- dəndir, mənası «ibrətamiz» deməkdir. Uşaqlara ən ibrətamiz bilik, bacarıq və vər- dişlərin aşılanması mənasını verir) kəşflərini Almaniyada, Avstriyada, həm də Hol- landiyada praktik həllinə nail olmaqda heç bir çətinlik çəkməmişdir. Almanlar Ko- menski irsindən bəhrələnərək özləri üçün didaktik sistem (təlim və təhsil sistemi) yaratmışlar. Rusiyada çar imperiyasının hakimiyyətinə son qoyulduqdan sonra ya- ranan sovet hökuməti alman təhsil sistemini novator təhsil sistemi kimi bəyənərək sovet təhsil sistemini «Təhsil sisteminin Alman Maketi» əsasında yaradaraq forma- laşdırdı. Buradan belə qənaətə gəlmək olar ki, dünya miqyasında mövcud olan iki fövqəltəbii ölkənin uğurlu təhsil sistemi Yan Amos Komensknin yaratdığı elmi pe- daqogikanın əsasları üzərində qurulmuşdur.
Əsası Komenski tərəfindən qoyulan elmi pedaqogika sonralar Almaniyada (A.Disterverq, İ.Q.Çeyder, İ.P.Brikman, M.A.Julian, F.A.Hekta, S.A.Kurenin, Tirs və b.), Fransada (C.C.Russo, V.Kuzenin, K.A.Helvetsi, D.Didro və b.), İsveçrədə (İ.Q.Pestalotsi), (E.A.Exes), İngiltərədə (F.Mailinson, M.Sebler, B.Holrus və b.), Amerikada (R.Kiq-Hol, D.Veredey, İ.Kendl, D.Qis və b.), Bolqarıstanda (N.Saki- rov), Çexiyada (Sinqule), Polşada (B.Suxadolski), Rusiyada (L.N.Tolstoy, N.İ.Pi- raqov, K.D.Uşinski, N.Simbriyev, A.Kairov, N.K.Qonçarov, N.İ.Boldırev, B.İ.Esi- pov, F.F.Korolyov, S.P.Baranov, L.P.Bolotina, T.V.Volikova, B.A.Slastenin, B.B.Kraevski, İ.F.Xarlamov, T.A.İlina, Y.Babanski, P.Pidkasistiy, Podlasiy və v), Gürcüstanda (Lordkipanidze), Azərbaycanda (M.Mehdizadə, M.Muradxanov, Ə.Seyidov, N.Kazımov, Ə.Həşimov, Z.Qaralov, Y.Talıbov, Ə.Ağayev, H.Əhmə- dov və b.) mütəfəkkir və pedaqoqlar tərəfindən inkişaf etdirilərək formalaşdırılmış- dır.
Azərbaycanda vüsət alan elmi pedaqogikanın «didaktika» (təlim və təhsil nə- zəriyyəsi), «tərbiyə nəzəriyyəsi», «məktəbşünaslıq», «Ali məktəbdə pedaqoji pro- sesə xidmət» kimi bölmələri bir sıra səriştəli tədqiqatçı-pedaqoqlar (Fərahim Sadı- qov, Akif Abbasov, Əmrulla Paşayev, Fərrux Rüstəmov, Ağahüseyn Həsənov, Rə- fiqə Mustafayeva, Nübar Muxtarova, Sürəyya Əliyeva, Sərdar Quliyev, Hikmət Əlizadə, Fikrət Seyidov, Balaş Abbaszadə, Vidadi Xəlilov, Oqtay Rəcəbov, Mircə- fər Həsənov və b.) tərəfindən təkmilləşdirilir. Yaxşı hal kimi qeyd olunmalıdır ki, Azərbaycanda yaranan milli pedaqogika öz milli və ümumbəşəri dəyərlərə əsasla- nan məzmunu və strukturu ilə diqqəti cəlb edir. Milli pedaqogikadakı pedaqoji elm və pedaqoji proses, pedaqoji elmin kateqoriyaları, ziddiyyətləri, qanunauyğunluq- ları və digər struktur bölmələri milli və bəşəri ideyaları özündə əks etdirmək baxı- mından diqqəti cəlb edir.
Nurəddin Kazımov, Əliheydər Həşimov, Yusif Talıbov, Əjdər Ağayev, Allah- verdi Eminov, İramin İsayev, Akif Abbasov, Hikmət Əlizadə, Fərahim Sadıqov, Əmrulla Paşayev, Fərrux Rüstəmov, Ağahüseyn Həsənov, Ləzifə Qasımova, Rə- himə Mahmudova tərəfindən hazırlanan, ali və orta ixtisas məktəblərində istifadəsi mümkün sayılan «Pedaqogika», «Məktəb pedaqogikası», «Ali məktəb pedaqogi- kası», «Məktəbəqədər pedaqogika», «Müqayisəli pedaqogika», «Azərbaycan xalq pedaqogikası», «Azerbaydjanskaya narodnaya pedaqoqika» adlı dərslik və dərs vəsaitləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Milli pedaqogikada pedaqoji elm, pedaqoji proses və onların kateqoriyaları barədə irəli sürülən yeni pedaqoji konsepsiyalar barədə bir qədər ətraflı danışmağa ehtiyac duyulur.
Dostları ilə paylaş: |