Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə32/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   256
 
Lаbоrаtоriyа iĢi 14.  
Eritrositlərin çökmə sürətinin (EÇS) təyini. 
Eritrositlərin  çökmə  sürəti  onların  bir-birinə  yapışma  tezli-
yindən  asılıdır.  Eritrositlər  bir-birinə  yapışan  zaman  ağırlaşaraq 
daha  tez  çökür.  Eritrositlərin  aqqlütinasiyası  (yapılması)  onların 
mənfi  yükünün  müsbətə  dəyişməsindən  asılıdır.  EÇS-nin  artması 
qanda  qlobulin  zülalının  artması  ilə  əlaqədardır.  Plazmanın 
qlobulini  və  fibrinogeni  müsbət  yüklüdür.  Qlobulin  qanda 
çoxalanda eritrositlərin mənfi yükünü neytralaşdırır. 
 Eritrositlərin  çökmə  sürəti,  qanın  iki  hissəyə  ayrılmasının 
göstəricisidir,  bu  şərtlə  ki,  qan  laxtalanma  prosesinə  uğramasın. 
Laxtalanmasının qarşısı alınmış qan sakit vəziyyətdə qalan zaman 
onun aşağı təbəqəsi xüsusi çəkisi ağır olan eritrositlərdən üst qatı 
isə maye hissəsindən - plazmadan ibarət olur. Deməli, qan iki his-
səyə  ayrılır.  Heyvanlarda  EÇS  оnlаrın  növündən,  cinsindən  və 
yaşından asılı olaraq müxtəlif olur (cədvəl 5). Atlarda, donuzlarda 
eritrositlər tez, iri buynuzlu heyvanlarda və qoyunlarda isə nisbə-
tən  yavaş  çökür.  Eritrositlərin  çökmə  sürətinin  təyini  diaqnostik 
əhəmiyyətə malikdir.  
Eritrositlərin  çökməsi  böyük  sərhəd  içərisində  tərəddüd  edə 
bilər.  Bu,  orqanizmin  vəziyyətindən  və  xüsusən  də  qanın  fiziki-
kimyəvi  xassəsindən  asılıdır.  Bİr  sıra  xəstəliklərdə  eritrosilərin 
çökməsi  sürətləndiyi  kimi  bəzən  yavaşıya  da  bilər.  Heyvanlarda 


39 
boğazlıq, xroniki iltihabi proseslər, yolxucu xəstəliklər (vərəm və 
s.) zamanı EÇS artır. 
Cədvəl 5.  
Müxtəlif heyvanlarda eritrositlərin çökmə sürəti (norma). 
Eritrositlərin mm-lə, çökmə sürəti 
Vaxt 
Atda 
Qaramalda 
Qoyunda  Donuzda 
İtdə  Dovşanda 
15 dəqiqə 
35 
0,15 
0,2 

0,2 

30 dəqiqə 
54 
0,35 
0,4 

0,9 
0,3 
45 dəqiqə 
58 
0,5 
0,6 

1,7 
0,9 
60 dəqiqə 
64 
0,7 
0,8 

2,5 
1,5 
 
Eritrositlərin  çökmə  sürətini  təyin  etmək  üçün,  ən  çox  Pan-
çenkovun mikro üsulundan istifadə edilir. Pançenkov cihazı ştativ 
üzərində bərkidilmiş kapillyar pipetlərdən ibarətdir (şəkil 10). 
Diametrləri  1  mm  olan  bu  kapillyarlar  0-dan  100-ə  qədər 
dərəcələrə bölünmüşdür. Cihazın kapillyarlarında iki işarə vardır. 
«K» işarəsi 0 bölgüsünün yanında, «R» işarəsi isə 50 bölgüsünün 
yanında  yerləşir.  Bu  işarələrdən  «K»  rus  dilində  «кровь»  (qan), 
«R» isə «раствор» (məhlul) mənasını verir. 
 
 
Şəkil 10. Еritrоsitlərin çökmə sürətini təyin еtmək üçün Pаnçеnkоv аpаrаtı.  
А- Pаnçеnkоv аppаrаtı kаpilyаrlа birlikdə; B- Nеvоdоv еritrоsеdiоmеtri 
 


40 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin