83
borulara birləşdirməyə imkan verir. Ölçü büreti 100 ml hava tutur.
Büretin aşağı ucu rəngli su ilə doldurulmuş qaz toplayıcının ikinci
şüşə qabı ilə birləşdirilmişdir.
Qaz qarışığının temperaturunu sabit saxlamaq üçün büreti
təcrübə zamanı su ilə doldurulmuş digər qabda saxlamaq lazımdır.
Uducu boruların hər biri kimyəvi cəhətdən qazları özünə
birləşdirən məhlul ilə doldurulmuşdur. Karbon qazını udmaq üçün
10-15 %-li KOH məhlulundan istifadə edilir.
Oksigeni udmaq üçün 2%-li KOH məhlulunda hazırlanmış
kimyəvi təmiz 15%-li piroqallol məhlulu işlədilir. Məhlulun
analiz olunan hava ilə təmasda olduğu sahəni böyütmək üçün
uducu borular şüşə borucuqlar ilə doldurulur.
Cihazın hazırlanması və hava nümunəsinin qaz analizatora
götürülməsi:
Uducu boruların kapillyar hissəsində məhlulların səviyyəsi
nişаn edilmiş bölgülərə qədər çatdırılır. Havanı büretdən çıxarıb
onu «0» bölgüsünə qədər ikinci şüşə qabda olan rəngli su ilə
doldururlar.
Uducu borularda mayelərin səviyyəsini təyin edərkən aşağı-
dakıları yadda saxlamaq vacibdir: büreti uducularla birləşdirən
kranı açmazdan əvvəl büretdə müsbət təzyiq yaratmaq lazımdır.
Bunun üçün ikinci şüşə qabı o qədər qaldırmaq lazımdır ki, ondakı
mayenin səviyyəsi büretdə olan mayenin səviyyəsidən yüksək
olsun.
Atmosfer təzyiq altında Orsun qaz analizatoruna dəqiq olaraq
100 ml müayinə olunan hava çəkilir. Bu aşağıdakı qayda üzrə
edilir:
1.Qaz analizatorun aparıcı borusu qaz toplayıcı ilə birləş-
dirilir.
2. Qaz toplayıcının ikinci şüşə qabı yuxarı qaldırılaraq, onda
müsbət təzyiq yaradılır .
3. Büretdə mənfi təzyiq yaradılır bunun üçün qaz toplayıcının
ikinci şüşə qabı stolun
üstünə qoyulur
4. Qaz toplayıcının sıxıcıları açılır.