91
3. Mədəaltı vəzin şirəsinin tərkibi və xassəsi
4. Ödün tərkibi və həzmdə əhəmiyyəti
5. Mədə şirəsinin sekresiyasının fazaları və onun tənzimi
6. Mədə möhtəviyyatının bağırsağa keçməsinin
mexanizmi
7. Qusma, onun mexanizmi və əhəmiyyəti
8. Mədəaltı vəzin şirəsinin sekresiyasının tənzimi
9. Mədəaltı vəzin
şirəsinin həzmdə rolu
10. Bağırsaq şirəsinin alınması üsulları
11. Bаğırsаq şirəsinin fеrmеntləri
12. Mədəаltı vəzin şirəsinin fеrmеntləri
13. Işgənbədə həzm prоsеsi
14.
Аtlаrdа mədə həzmi
15. Dоnuzdа mədə həzmi
16. Аclığın və dоymаnın mеxаnizmi
17. Mədənin mоtоr fəаliyyəti və оnun tənzimi
18. Quşlаrdа həzmin xüsusiyyətləri
Mədə (
qaster) - həzm kanalının genişlənmiş hissəsi olub, qa-
rın boşluğunda yem borusu ilə bağırsaqların arasında yerləşir.
Kameralarının sayına görə mədə bir kameralı və çox kameralı
olur. Ət yeyən heyanlarda, donuzdа, atda mədə bir kameralıdır.
Gövşəyən heyanlarda mədə çox kameralıdır:
1.
Işgənbə
2.
Torcuq
3.
Kitabça
4.
Şirdan.
Dəvədə mədə üç kameralıdır, onlarda kitabça olmur.
Birinci üç kamera mədə önləri adlanır. Axırıncı şöbə, yəni
şirdan əsil mədə hesab olunur.
Mədə həzminin ümumi qanunauyğunluqları itlərin üzərində
xroniki təcrübələr ilə öyrənilmişdir. Mədənin sekretor funksiyasını
eksperimental olaraq, birinci dəfə rus cərrahı V.A.Basov və
italyan alimi Blondlo 1842-ci ildə öyrənmişlər (şəkil 28). Onlar
itin mədəsinə fistula qoymuşlar və bu üsul ilə mədə şirəsi almışlar,
ancaq alınmış mədə şirəsi ağız suyu və qida ilə qarışıq olmuşdur.
93
vardır. Bunlar əsas, örtük və əlavə hüceyrələrdir. Əsas hüeyrələrdə
fermentlər, örtük hüceyerələrdə xlorid turşusu (HCl), əlavə
hüceyerələrdə selik əmələ gəlir (şəkil 26).
Mədə şirəsi rəngsiz, şəffaf, turş reaksiyalı mayedir. Turş
reaksiya mədə şirəsində xlorid turşusunun olması ilə təmin olunur.
Mədə şirəsinin tərkibində su, üzvi və qeyri-üzvi maddələr
vardır. Mədə şirəsinin qeyri-üzvi hissəsini əsas xlorid turşusu
təşkil edir. Mədə şirəsində xlorid turşusu 0,4-0,5% olur. Mədədə
həzm normal temperaturda HCl-un iştiraki ilə gedir.
Xlorid turşusu fermentləri fəallaşdırır, züllaları mədə şirəsinin
fermentlərinin təsirinə hazırlayır (denaturlaşdırır), möhtəviyyatın
mədədən onikibarmaq bağırsağa keçməsini təmin edir (pilorik
refleksin oyadıcısıdır), mədəni dezinfeksiya edir, mədənin motor
fəaliyyətini qüvvətləndirir.
Şəkil 26. Аtdа (а) və dоnuzdа (b) mədə vəzilərinin yеrləşməsi sxеmi:
1-yеm bоrusu; 2-kаrdiаl sаhə; 3-fundаl və 4-pilörik vəzilər;
5-оnikibаrmаq bаğırsаq; 6-yеm bоrusu vəzisiz sаhə.
Mədə şirəsi sərbəst xlorid turşusuna malik olduğu üçün о,
bakteriosid və bakteriostatik təsirə malikdir. Müəyyən
olunmuşdur
ki, vəba xəstəliyinin törədicisi (mikroblar) mədə şirəsinə düşdük-
dən sonra 10-15 dəqiqə müddətində məhv olur. Nəticədə mik-
roblar bağırsağa keçə bilmir.