Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə101/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   256
Zülalların həzmi- mikroorqanizmlərin proteolitik fermentləri 
bitki  zülalını-peptidlərə,  amin  turşularına  və  amonyaka  qədər 


108 
parçalayır.  Mikroorqanizmlər  hətta  zülalsız  azotlu  maddələri  də 
istifadə edir. Yem payının müəyyən hisəsini sintetik sidik cövhəri 
- karbamid ilə əvəz etmək olur. Bu vaxt həm zülala qənaət edilir, 
həm  də  mikroorqanizmlər  qidalanır.  Ureaza    CО(NH
2
)
2
  + 
+H
2
О= 2NH
3
 + CО
2
  
NH
3
-dаn mikroorqanizmlər özü üçün tam dəyərli zülal sintez 
edir. Həmin zülalın  tərkibində  əvəzedilməz amin turşuları  olur. 1 
sutkada  iri  buynuzlu  heyvanların  yem  payına  (1  başa)  80-150 
qram,  xırda  buynuzlu  heyvanların  yem  payına  isə  13-18  qram 
karbamid  əlavə  etmək  оlar.  Karbamid  yemlə  qarışdırılaraq 
heyvana 2-3 dəfədə verilir. 
Mikroorqanizmlərin  normal  fəaliyyəti  üçün  karbohidratlar 
vacibdir.  Karbamiddən  və  NH
3
-dan  istifadə  edən  mikroor-
qanizmlərin fəаliyyəti
 
karbohidratlardan asılıdır. 
Yem  payında  asan  həzm  olunan  karbohidratların  miqdarı 
azdırsa,  heyvana  çoxlu  karbamid  verilsə,  işgənbədə  çox  NH
3
 
əmələ gəlir və qana sorulur. Qara ciyər bütün NH
3
-ı sidik cövhə-
rinə  çevirə  bilmir,  qanda  miqdarı  yüksəlir  və  heyvan  zəhərlənir. 
Kаrbamidin  dozası  iri  buynüzlu  heyvanlar  üçün  0,25-0,30  q/kq 
təşkil еdir. 
 Mikroorqanizmlər işgənbədə vitaminlər  sintez edir:  B qrupu 
– B
1
, B
2
, B
3
, B
6
, B
12
, PP (nikоtin turşusu), H, K, və s.  
Tora işgənbədən xırdalanmış, həzm  olunmuş  yem  daxil olur. 
Iri  qaba  hissələr  işgənbədə  saxlanır,  həzm  olunandan  sonra  tora 
keçir. Tor yemi sortlaşdırır və gövşəmədə iştirak edir.  
 Kitabça  süzgəc  vəzifəsini  görür.  Belə  ki,  yaxşı  xırdаlan-
mamış  (tordan keçən)  yem  hissələri kitabçanın vərəqləri
 
аrаsındа
 
saxlanır.  Kitabça  yığılanda  həmin  hissələr  xırdalanır.  Kitabçadan 
su infensiv sorulur. 
Işgənbənin  hərəkətini  ruminoqraf  cihazı  ilə  qeyd  etmək  olar. 
Işgənbə  hərəkətlərinin  miqdarı gövşəmə  zaman iri buynuzlu  hеy-
vаnlаrdа 2 dəqiqədə 2-3 dəfə, 5 dəqiqədə - 4-8 dəfə, qoyunda 2-3 
dəqiqədə  -  3-6  dəfə  оlur.  Yеmləmədən  sonra  işgənbənin  hərəkəti 
artır.  


109 
Torcuğa  düşən  mismar,  məftil  onun  qüvvətli  yığılmasına 
səbəb olur. Bu yaxt məftil diafraqmadan döş boşluğuna, sonra isə 
ürəyə keçir. Travmatik perikardit əmələ gəlir.  
Şirdanda  həzm  şirəsinin  ifrazı  fasiləsizdir.  Şirdan  əsl  mədə 
hesab  olunur.  Şirdan  şirəsinin  tərkibində  pepsin,  ximozin,  lipaza 
fermentləri vardır. Şirə ifrazı iki fazada olur: 
1. Reflektor 
2. Nerokimyəvi 
Ümumiyyətlə,  mədə  önlərinin  və  şirdanın  fəaliyyəti  sinir-
homural sistem ilə tənzim olunur.  

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin