Lаbоrаtоriyа iĢi 46.
Bağırsaqlardan natrium xlorun müxtəlif faizli
məhlullarının sorulmasının təyini.
Müxtəlif maddələrin mürəkkəb bioloji membrandan qanа və
limfaya kеçməsinə sorulma deyilir. Sorulma prosesi filtirasiya,
diffuziya və osmos kimi fiziki prоsеslər ilə təmin оlunur. Sоrulmа
prоsеsi nazik bağırsaqlarda gedir. Züllalar amin turşuları, yağlar
qliserin və yağ turşuları şəklində sorulur.
ĠĢ üçün lazımdır: dovşan, balaca it, təsbit üçün stol, narkotik
maddə, şpris, inyeksiya üçün nazik iynə, yarma üçün cərrahi
alətlər, tənzif, ipək sap, bağırsaqa salmaq üçün konyul, 50 ml-lik
büret, ştativ, qıf, rezin boru, 3 ədəd peano sıxıcısı, xörək duzunun
(NaCI) 38-40
0
C-yə qədər isidilmiş 0,3; 0,9 və 3%-li məhlulları.
IĢin gediĢi. Dovşan stolda təsbit olunaraq, narkoz edilir.
Qarın boşluğu ağ xətt üzrə kəsilərək açılır. Kəsilmiş yerdən 40 sm
nazik bağırsaq çıxarılır, möhtəviyyatdan təmizlənir və hər iki
tərəfdən bağlanır. Bağırsağın təcrid olunmuş hissəsinin arxa ucuna
şüşə konyul qoyulur və həmin konyul büret ilə birləşdirilir.
Bağırsaq qarın boşluğunda yerləşdirilərək, bağırsağın təcrid
olunmuş hissəsinə büretdən növbə ilə bədən temperaturuna qədər
isidilmiş xörək duzunun müxtəlif konsentransiyalı məhlulları
yeridir. Hər bir məhlul bağırsaqda 15 dəqiqə saxlanır sonra
bağırsaqdan tökülür və yenidən həcmi təyin edilir. Bağırsağa
yeridilən və bağırsağdan tökülən məhlulun həcminin fərqi sorulan
məhlulun miqdarını göstərir.
|