Lаbоrаtоriyа iĢi 44. Ödün yağları emulsiya etməsi. Öd qara ciyərdə fasiləsiz əmələ gəlir. Qara ciyər ən iri vəzili
orqandır. Onun orqanizmdən çıxarılması və qüvvətli zədələnməsi
insan və heyvanda ölümə səbəb olur. Öd göy-sarımtıl rəngli maye
olmaqla, zəif qələvi reaksiyalıdır - ödün əsas komponentləri öd
turşuları, öd piqmentləri, xolesterin, lesitin, yağlar və mütəlif
duzlardır.
Ödün həzm prosesində rolu:
1. Yağları emulsiya halına salır
2.Mədədən bağırsağa keçmiş turş möhtəviyyatı neytrallaşdırır
və bağırsaq həzmi üçün şərait yaradır
3. Fermentləri fəallaşdırır
4. Bakteriosid təsirə malikdir
5.Öd turşuları yağ turşuları ilə birləşərək suda həll olan
birləşmə əmələ gətirir və beləliklə yağların sorulmasını təmin edir
və s.