Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə92/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   256
ĠĢ  üçün  lazımdır:  mədəaltı  vəzi  şirəsi,  fibrin,  bitki  yağı, 
0,5%-li bişmiş nişasta məhlulu, öd, çiy nişasta (toz halında), 5%-li 
xlorid  turşusu  məhlulu,  1%-li  mis  sulfat  məhlulu,  10%-li  NaOH 
məhlulu,  0,1n  NaOH  məhlulu,  fenolftalein,  göy  lakmus  kağızı, 


101 
Lyuqol məhlulu, 8 ədəd sınaq şüşəsi, ştativ, su hamamı, su termo-
metri,  ştativdə  yerləşdirilimiş  büret,  2  ədəd  kimyəvi  stəkan,  spirt 
lampası, göz pipeti, 2 ml-lik 2ədəd pipet. 
ĠĢin  gediĢi.  6  ədəd  sınaq  şüşəsi  nömrələnir  və  ştativdə  yer-
ləşdirilir: 
1  №-li  sınaq  şüşəsinə  2  ml  mədəaltı  vəzi  şirəsi  və  kiçik 
parça fibrin əlavə edilir. 
2  №-li  sınaq  şüşəsinə  2  ml  mədəaltı  vəzi  şirəsi  tökülür  və 
onun üzərinə 3-4 damcı 0,5 % HCl məhlulu (turş reaksiya alınana 
qədər –lakmus kağızı ilə təyin olunur) və kiçik parça fibrin əlavə 
edilir. 
3  №-li  sınaq  şüşəsinə  2  ml  mədəaltı  vəzi  şirəsi  və  2  ml 
bişmiş nişasta məhlulu əlavə edilir. 
4  №-li  sınaq  şüşəsinə  2  ml  mədəaltı  vəzi  şirəsi  və  az 
miqdarda nişasta tozu əlavə edilir. 
5  №-li  sınaq  şüşəsinə  2  ml  mədəaltı  vəzi  şirəsi  tökülür  və 
onun üzərinə 12 damcı bitki yağı əlavə edilir. 
6  №-li  sınaq  şüşəsinə  2  ml  mədəaltı  vəzi  şirəsi  tökülür  və 
üzərinə 12 damcı bitki yağı və 5 damcı öd əlavə edilir. 
Bütün  sınaq  şüşələri  40  dəqiqə  müddətində  38-40
0
C  tempe-
raturda  istiliyi  olan  su  hamamına  qoyulur.  Su  hamamının  tempe-
raturu  termometr  ilə  müntəzəm  yoxlanır.  Temperatur  azalanda 
hamama qaynar su əlavə edilir. 
40  dəqiqədən  sonra  1  və  2  №-li  sınaq  şüşələrində  züllaların 
parçalanma məhsulları təyin edilir. Bunun üçün 1 və 2 №-li sınaq 
şüşələrində,  40  №-li  işdə  göstərildiyi  kimi  büret  reaksiyası 
qoyulur. 
3 və 4  №-li sınaq  şüşələrində nişastanın  parçalanma məhsul-
ları təyin edilir. Yəni hər bir sınaq şüşəsindəki qarışıq iki bərabər 
hissəyə  ayrılır  (eyni  nömrəli  sınaq  şüşələrinə)  38  №-li  işdə 
göstərildiyi kimi bir hissə ilə nişastaya, digər hissə ilə qlükozaya 
qarşı reaksiya qoyulur. 
 5 və 6 №-li sınaq şüşələrində yağların parçalanma məhsulları 
təyin  edilir.  Bunun  üçün  həmin  sınaq  şüşələrində  olan  qarışıq 


102 
ayrılıqda  eyni  nömrəli  stəkanlara  tökülür.  Hər  bir  stəkanda  olan 
qarışığın üzərinə 1-2 damcı fonolftalein indikatoru əlavə edilir və 
3  dəqiqə  müddətində  itməyən  açıq  cəhrayı  rəng  alınana  qədər 
büretdən 0,1 n NaOH məhlulu ilə titrlənir. 
 5  və  6  №-li  sınaq  şüşələrindəki  qarışığın  titrlənməsinə  sərf 
olunan qələvinin miqdarı damcıların sayina görə hesablanır. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin