Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə90/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   256
Lаbоrаtоriyа iĢi 42.  
Mədə Ģirəsinin turĢuluğunun təyini. 
Mədə şirəsinin tərkibində HCl vardır. Ona görə də mədə şirə-
sinin reaksiyayası turşdur. Heyanlarda mədə şirəsinin PH 0,7 – 1,0 
bərabərdir.  Xlorid  turşusu  mədədə  sərbəst  və  birləşmiş  şəkildə 
olur. 
ĠĢ  üçün  lazımdır:  mədə  şirəsi,  dimetlamidoazobenzolun 
spirtdə,  0,5%-li  məhlulu,  fenolftaleinin  spirtdə  1%-li  məhlulu, 
0,1n  NаОN  məhlulu,  titrasiya  üçün  büret,  100  ml-lik  kimyəvi 
stəkan və ya kolba. 
ĠĢin  gediĢi.  Kolbaya  5  ml  mədə  şirəsi  tökülür  və  üzərinə  2 
damcı fenolftaleinin spirtdə məhlulundan əlavə edilir. 
Bu  vaxt  qırmızı  rəng  alınır.  Sonra  kolbadakı  qarışıq  0,1n 
NaOH  məhlulu  ilə  zəif-sarı  rəng  alınana  qədər  titrlənir.  Zəif  sarı 
rəngin  alınmasına  sərf  olunan  qələvinin  miqdarı  sərbəst  xlorid 
turşusunu göstərir. 
Həmin  kolbada  2-ci  titrləmə  aparılır,  yəni  zəif  sarı  rəng, 
qırmızı  rəngə  çevrilənə  qədər  qələvi  ilə  titrləmə  davam  etdirilir. 
Qırmızı  rəngin  alınmasına  sərf  olunan  cəmi  qələvinin  miqdarı 
qeyd edilir və bu ümumi xlorid turşusunu göstərir. 


100 
Ümumi turşuluq ilə sərbəst turşuluq arasındakı fərq birləşmiş 
turşuluğu göstərir. 
Məsələn,  zəif-sarı  rəngin  alınmasına  2  ml  NaOH,  qırmızı 
rəngin  alınmasına 3 ml NaOH sərf edilib.  Alınan rəqəmlər 20-yə 
vurularaq 100 ml mədə şirəsindəki turşuluq hesablanır. 
Ümumi turşuluq – Ü/T = 3 x 20 = 60 ml 0,1n NaOH 
Sərbəst turşuluq – S/T = 2 x 20 = 40 ml 0,1n NaOH 
Birləşmiş turşuluq –B/T = 60 – 40 = 20 ml 0,1n NaOH 
Məlumdur ki, 1 ml 0,1n  NaOH, 1  ml 0,1%-li  HCl-u neytral-
laşdırır.  1  ml  0,1%-li  xlorid  turşusu  məhlulunda  0,00365  qram 
HCl  vadır.  Buna  görə  də,  0,00365-i  100  ml  mədə  şirəsində  olan 
xlorid  turşusunun  neytrallaşmasına  sərf  edilən  0,1%n  NaOH  –ın 
miqdarına  vursaq  xlorid  turşusnun  qram  faizlə  miqdarını  tapmış 
olarıq. 
Ü/T= 0,00365 x 60 ml 0,1n NaOH = 0,219 q/% HCl 
S/T= 0,00365 x 40 ml 0,1n NaOH = 0,146 q/% HCl 
B/T =0,00365 x 20 ml 0,1n NaOH = 0,073 q/% HCl 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin