Jelatinaza proteolitik ferment olmaqla, jelatinə təsir edir.
Lipaza fermenti yağları qliserinə və yağ turşularına parça-
layır. Mədə şirəsində karbohidratlara təsir göstərən fermentlər
yoxdur.
Selik mədənin divarını örtərək onu pepsinin təsirindən,
mexaniki və kimyəvi zədələnmələrdən qoruyur.
Mədə şirəsinin miqdarı və onun keyfiyyətcə tərkibi heyvana
verilən yemin həcmindən və onun keyfiyyətindən asılı olaraq
dəyişilir. İtlər üzərində aparılmış təcrübələrə əsasən müəyyən
olunmuşdur ki, ətə qarşı mədə şirəsi ifrazi - 5-6 saat, çörəyə qarşı
-10 saat, südə qarşı - 6 saat davam edir.
Insanda qida mədədə 5-8 saat, yağlı qida qəbulu zamanı isə
10 saat qalır.
Mədə şirəsinin sekresiyasının mexanizmini itlər üzərində
İ.P.Pavlov öyrənib (şəkil 29). İtdə mədə boş olanda fundal vəzilər
şirə ifraz etmir. Pilorik vəzilər fasiləsiz şİrə ifraz edir. Kənd
təsərrüfatı heyvanlarında mədə şirəsi ifrazi fasiləsizdir.
Mədə şirəsi ifrazi iki fazadan ibarətdir:
1. Reflektor faza
2. Neyrokimyəvi faza
Reflektor faza yalançı yemləmə təcrübəsi ilə itlər üzərində
öyrənilib.
Yalançı yemləmədən 5-6 dəqiqə sonra mədə şirəsi İfraz olun-
mağa başlayır və 1-2 saat davam edir. Refleks qövsünün hissələri:
1)Ağız boşluğundakı reseptorlar; 2)Afferent sinir; 3)Həzm mər-
kəzi (uzunsov beyində yerləşir); 4)Efferent sinir (sekretor sinir);
5) Mədə vəziləri.
Mədənin sekretor siniri azan sinirdir. Reflektor faza şərtsiz və
şərti reflekslərdən ibarətdir.
Fistuladan it hiss etmədən onun mədəsinə yem qoysaq 30
dəqiqədən sonra şirə ifraz olunur. Yemin tərkibindəki kimyəvi
maddələr qana sorulur, qan vasitəsilə həzm mərkəzini oyadır və
şirə ifrazatina səbəb olur.
96
Neyrokimyəvi faza yem qəbulundan 30 dəqiqə sonra başlayır
və 10 saata qədər davam edir. Rus fizioloqu Razenkov həzm
zamanı itdən 200 ml qan alıb, başqa ac itin qanına vurub. Bu qan
köçürmə ac itdə mədə şirəsi sekresiyasına səbəb olub.
Qastirin, enteroqastirin, histamin mədə şirəsinin sekresiya-
sının artırır. Qastron, enteroqastirоn, adrenalin mədə şirəsinin
sekresiyasını ləngidir.
Şəkil 28. Itdən mədə şirəsinin аlınmаsı.
Şəkil 29. Yаlаnçı yеmləmə təcrübəsi.
97
Kimyəvi maddələr- mədənin sekretor aparatına öz təsirini
sinir sistemi ilə göstərir. Ona görə bu faza neyrokimyəvi faza
adlanır.
Reflektor fazada ifraz olunan şirənin turşuluğu çox olmaqla,
qüvvətli həzm xassəsinə malikdir. Neyrokimyəvi fazada ifraz
olunan şirənin turşuluğu və həzm xassəsi birinci fazadakına
nisbətən zəif olur.
Xəstəliklə əlaqədar olaraq mədənin pirorik hissəsinin
kəsilməsi zamanı, mədə şirəsinin sekresiyasının ikinci fazası ya
zəifləyir və ya tam kəsilir.
Mədənin divarı yaxşı inkişaf etmiş saya əzələdən ibarətdir.
Həmin əzələ üç istiqamətdə (uzununa, dairəvi, çəp) yerləşən liflər-
dən ibarətdir. Bu əzələlərin yığılması mədənin hərəkətini təmin
edir.
Mədənin motor fəaliyyəti sinir-humoral sistem ilə tənzim
olunur. Mədənin hərəkətini tənzim edən mərkəz uzunsov və orta
beyində yerləşir. Bunlar da baş beyinin ali şöbəsində olan
mərkəzə tabedir.
Mədədə olan möhtəviyyatın onikibarmaq bağırsağa keçməsi
evakuasiya adlanır. Mədənin pirorik hissəsində olan reseptоrlar
xlorid turşusu ilə qıcıqlandıqda, pirorik sfinktor açılır. Mədənin
əzələlərinin yığılması nəticəsində, mədənin boşluğunda olan
kütlənin bir hissəsi onikibarmaq bağırsağa keçir. Bu proses pilorik
refleks adlanır.
Qusma orqanizmin müdafiə reaksiyasıdır. Mədə-bağırsaq
sisteminə düşmüş yabancı maddə orqanizmdən xaric olunur.
Qusma dilin kökünün, udlağın, mədə-bağırsağın selikli qişa-
larının qıcıqlanması zamanı baş verir. Qusma bağırsaqların antipe-
ristaltik hərəkıtləri, mədə, qarın, döş əzələlərinin və diafraqmanın
yığılması, kardial sfinktorun açılması və qida borusunun antipe-
ristaltik hərəkəti nəticəsində təmin olunur. Qusma mərkəzi uzun-
sov beyində yerləşir.
|