89
10 dəqiqədə sonra bütün sınaq şüşələri su hamamından və
buzdan çıxarılaraq ştativdə yerləşdirilir. Hər bir sınaq şüşəsındəki
qarışıq iki bərabər hissəyə ayrılır (eyni №-li sınaq şüşəsinə). Bir
hissə ilə nişastaya, digər hissə ilə qlükozaya qarşı reaksiya
qoyulur.
Nişastaya qarşı reaksiya - sınaq şüşəsinə 2-3 damcı Lyuqol
məhlulu əlavə edilir. Göy rəngin alınması nişastanın olmasını,
yəni оnun parçalanmadığını göstərir.
Qlükozaya qarşı Trommer reaksiyası – sınaq şüşəsinə onun
içərisindəki qarışığın yarısı qədər 10%-li NaOH məhlulu tökülür
və həmin sınaq şüşəsinə 5 damcı 1%-li mis sulfat məhlulu əlavə
edilir. Qarışıq spirt lampasında qızdırılır. Sarı narıncı rəngin alın-
ması həmin sınaq şüşəsində qlükozanın olmasını göstərir (şəkərin
iştiraki ilə mis bir oksid əmələ gəlir).
Dostları ilə paylaş: