Lаbоrаtоriyа iĢi 38.
Ağız suyu fermentlərinin təsirinin öyrənilməsi
Ağız suyunun tərkibində iki ferment vardır:
1. Amilaza
2. Maltoza
Bu fermentlər karbohidratlara təsir göstərir. Ağız suyunun
fermentləri zəif qələvi mühitdə, 37-40 dərəcədə temperaturda fəal
olur. Ağız suyu üç cüt ağız suyu vəzilərinin məhsuludur. Bu vəzi-
lərə qulaqdibi, çənəaltı, və dilaltı vəzilər aiddir. Bunlardan əlavə
ağız boşluğuna dilin, yanağın divarlarında olan xırda vəzilər də
sekret ifraz edir. Ağız suyu vəzilərinin fəaliyyətini itlər üzərində
I.P.Pavlov və D.L.Qlinski öyrənmişdir. Belə ki, alimlər vəzin
axarını xaricə çıxarmışlаr (şəkil 24).
Şəkil 24. Аğız suyu sеkrеsiyаsının rеflеktоr tənziminin sxеmi:
1-аğız bоşluğu rеsеptоrlаrı; 2-аffеrеnt sinir; 3-uzunsоv bеyindəki həzm
mərkəzi; 4-pаrаsimpаtik sinir; 5-simpаtik sinir; 6-krаniаl bоyun düyünü;
7-düyünsоnu simpаtik sinir; 8-аğız suyu vəzisi; 9-simpаtik mərkəzlər;
10-bеyin qаbığındа görmə və аli həzm mərkəzləri аrаsındа şərti rеflеksin
müvəqqəti əlаqəsi.
Ağız suyu almaq üçün vəzin axarına metal kapsula da
qoymaq olar. Bu üsul insanlardan аğız suyu almaq üçün daha çox
istifadə olunur.
Itlərdə ağız suyu ifrazı fasiləlidir. Ağız boşluğuna yem və
yaxud başqa qıcıqlandırıcı maddə daxil olduqda ağız suyu ifraz
87
оlur. Ifraz olunan ağız suyunun miqdarı və keyfiyyəti qəbul
edilmiş yemin növündən və xarakterindən asılıdır. Itdə yumşaq
çörəyə az, suxarıya isə çox ağız suyu ifraz olunur. Ağız suyunun
99-99,4%-ni su, 0,6-1%-ni quru maddə təşkil edir.
Ağız suyu yem qəbulundan 1-3 saniyə sonra ifraz olunmağa
başlayır və yem qəbulunun axırına qədər davam edir. Atda, itdə və
donuzda ağız suyu ifrazı fasiləlidir - ancaq yem qəbulu zamanı
ifraz olunur. Gövşəyən heyvanlarda isə fərqli olaraq ancaq qulaq
dibi vəzi fasiləsiz şirə ifraz edir. Heyvanlarda ağız suyu ifrazının
xarakterik qıcığı yemdir. Ancaq qeyri yabançı maddələrə qarşı da
ağız suyu ifraz olunur. Bu orqanizmin müdafiə refleksidir.
Atın ağız suyunda fermentlər azdır. Karbohidratlar yemin
tərkibində olan fermentlərin hesabına parçalanır. Atda sutka
ərzində 40-litr ağız suyu ifraz olunur.
Iri buynuzlu heyvanlarda sutkada - 90-190 litr, qoyunda - 6-
10 litr ağız suyu ifraz olunur və tərkibində ferment olmur.
Donuzda ağız suyu ifrazı fasiləli olmaqla, sutkada 15-litrə qə-
dər ifraz olunur. Donuzların ağız suyu qüvvətli amilolitik xassəyə
malikdir. Onun tərkibində amilaza və maltаza fermentləri var.
Bütün heyanlarda ağız boşluğunun divar vəziləri fasiləsiz şirə
ifraz edir.
Körpə gövşəyən heyvanlarda südəmər dövrdə çənəaltı və
dilaltı vəzilərin sekresiyası qulaqdibi vəzə nisbətən üstün olur.
Ümumiyyətlə, südəmər dövrdə (bu vaxt buzovda mədə önləri fəа-
liyyətdə olmur) buzovda qulaqdibi vəzin fəaliyyəti çox zəif olur
(demək olar ki, ağız suyu ifraz etmir). Buzov qarışıq yemə ke-
çəndə mədə önlərinin inkişafi ilə əlaqədar olaraq qulaqdibi vəzin
ifraz etdiyi ağız suyunun miqdarı və qələviliyi artır. Digər
vəzilərin şirə ifrazı dəyişmir.
Gövşəyənlərdə qulaqdibi vəzin fasiləsiz sirə ifrazına səbəb
mədə önlərinin reseptorlarından vəzə fasiləsiz gələn impulslarla
onun fasiləsiz oyanmasıdır. Ağız həzminin son mərhələsi
udmadır.
|