Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə88/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   256
Lаbоrаtоriyа iĢi 40.  
Mədə Ģirəsinin zülala təsiri. 
ĠĢ  üçün  lazımdır:  Mədə  şirəsi,  fibrin,  ştativ,  4  ədəd  sınaq 
şüşəsi, su hamamı, göz pipetləri, 2 ml-lik 2 ədəd pipet, şüşə üçün 
karandaş,  termometr,  qırmızı  lakmus  kağızı,  pinset,  saat  şüşəsi, 
spirt  lampası,  su  üçün  fincan,  0,3%-li  mis  sulfat  məhlulu,10%-li 
NаOH  məhlulu,  0,5%-li  xlorid  turşusu  məhlulu,  10%-li  soda 
məhlulu. 
IĢin  gediĢi.  5  ədəd  sınaq  şüşəsi  nömrələnir  və  ştativdə 
yerləşdirilir. 
1№-li sınaq şüşəsinə 2 ml mədə şirəsi və kiçik parça (0,2 q) 
fibrin əlavə edilir. 
2 №-li sınaq şüşəsinə 2  ml qaynadılmış mədə şirəsi  tökülür, 
soyudulur və üzərinə kiçik parça fibrin əlavə edilir. 
3 №-li sınaq şüşəsinə 2 ml mədə şirəsi tökülür, üzərinə kiçik 
parça fibrin əlavə edilir. 
4  №-li  sınaq  şüşəsinə  2  ml  mədə  şirəsi  tökülür  və  onun 
üzərinə  3-4  damcı  10%-li  soda  məhlulu  (qələvi  reaksiya  alınana 
qədər lakmus kağızı ilə yoxlanır) və kiçik parça fibrin əlavə edilir. 
5 №-li sınaq şüşəsinə 2 ml 0,5%-li xlorid turşusu məhlulu və 
kiçik parça fibrin əlavə edilir. 
1,  2,  4,  5  №-li  sınaq  şüşələri  40  dəqiqə  müddətinə  38-40
0

temperaturda istiliyi olan su hamamına qoyulur. 
3 №-li sınaq şüşəsi 40 dəqiqə müddətinə stəkanda olan buza 
qoyulur. 
40 dəqiqədən sonra sınaq şüşələri su hamamından və buzdan 
çıxarılaraq,  zülalların  parçalanmasını  və  parçalanmamasını  təyin 
etmək biuret reaksiyası qoyulur. 
Bunun üçün hər bir sınaq şüşəsində olan qarışığın üzərinə ona 
bərabər miqdarda (2 ml) 10%-li NaOH məhlulu tökülür, çalxalanır 
və  üzərinə  3 damcı  0,3%-li mis  sulfat  məhlulu əlavə edilir. Zülal 
parçalanan sınaq şüşəsində cəhrayı, parçalanmayan sınaq şüşəsin-
də  isə  bənövşəyi  rəng  alınır.  Təcrübənin  nəticəsi  analiz  edilərək 
dəftərə yazılır. 


99 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin