QAN SISTEMI
Qan sisteminə damarlarda dövran edən qan (periferik qan),
qan əmələ gətirən orqanlar, qan hüceyrələrinin parçalandığı or-
qanlar və qan sistemini tənzim edən neyro-humoral aparat
daxildir.
MÖVZU: QANIN TƏRKIBI
Qanın analizi diaqnostikanın əsas bölmələrindən biridir.
Qanın analizi üç istiqamətdə aparılır:
1. Bakterioloji və seroloji;
2. Biokimyəvi;
3. Morfoloji;
Atdan, inəkdən, camışdan, qoyundan, maraldan az miqdar
qan qulaqdan, çox miqdar qan isə vidaci venadan alınır.
Qan, limfa və toxuma mayesi ilə birlikdə orqanizmin daxili
mühitini təşkil edir. Qan plazma və formalı elementlərdən (erit-
rositlər, leykositlər, trombositlər) ibarətdir (şəkil 1).
Cədvəl 1.
Qаnın tərkibi və xаssələri
Qаnın tərkibi (оrtа
hеsаblа)
Qаrаmаl
Аt
Qоyun
Dоnuz
Tоyuq
Zülаl, q%
7,5
7,0
6,5
7,35
4,8
Şəkər, mq%
55,0
75,0
60,0
50,0
120,0
Xоlеstеrin, mq%
110,0
77,0
100,0
85,0
120,0
Duzlаr, mq% Nа
333,0
320,0
325,0
335,0
375,0
K
19,0
18,0
19,0
20,0
22,0
Cа
11,0
12,0
11,5
12,0
20,0
Mg
3,5
2,5
2,5
3,0
2,3
P
11,0
12,5
11,5
10,0
33,0
15
İnək qanının plazmasında 8%-ə qədər zülal (albumin, qlo-
bulin, fibrinogen) olur. Qlükoza 40-60 mq%, yağ 0,15%, duz
0,9%, həmçinin hormonlar, vitaminlər, fermentlər və antitellər
olur. Qanın plаzmаsının 90-92%-i su, 8-10%-i quru maddədir
(cədvəl 1). Qanı müayinə etməklə müxtəlif xəstəliklərə diaqnoz
qoyulur.
Məşğələni aparmaq üçün suallar:
1. Qanın orqanizm üçün əhəmiyyəti;
2. Qanın tərkibi və funksiyaları;
3. Qanın formalı elementləri, onların miqdarı və funksiyaları;
4. Faqositoz haqqında anlayış;
5. Depo qanı və onun əhəmiyyəti;
6. Qanın miqdarı və onun təyini üsulları;
7. Qan plazması, zərdabı və onların bir-birindən fərqi;
8. Qanın plazmasının tərkibi.
Şəkil 1. Qаnın tərkibi və xаssələri
|