Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə19/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   256
Laboratoriya iĢi 7.  
Müxtəlif maddələrin təsirindən qanın hemolizi 
Eritrositlərin  parçalanaraq  hemoqlobinin  xaricə  çıxmasına 
hemoliz  deyilir.  Hemoliz  -  ərimə  deməkdir.  Hemolizin  aşağıdakı 
növləri vardır: 
1.Mexaniki hemoliz, 
2.Kimyəvi hemoliz, 
3.Osmotik hemoliz, 
4.Bioloji hemoliz. 
ĠĢ  üçün  lazımdır:  mikroskop,  sınaq  şüşələri,  ştativ,  əşya  və 
örtük  şüşələri,  pipet,  0,3%,  0,9%,  3%-li  natrium  xlor  məhlulları, 
saf  su,  0,1%-li  xlorid  turşusu  məhlulu,  ammonyak,  Qoryayev 
kamerası, sitrat qan. 
ĠĢin gediĢi. Nömrələnmiş 5 ədəd sınaq şüşəsi ştativə qoyulur. 
Birinci sınaq şüşəsinə 5 ml fizioloji məhlul tökülür; ikinciyə - 5ml 
0,3%-li natrium xlor məhlulu; üçüncüyə - 5 ml saf su, dördüncüyə 
- 4,5 ml fizioloji məhlul və 0,5 ml ammonyak məhlulu, beşinciyə - 
4,5  ml  fizioloji  məhlul  və  0,5  ml  0,1%-li  xlorid  turşusu  məhlulu 
tökülür.  Sonra  hər  sınaq  şüşəsinə  2  damcı  qan  əlavə  edilib 
çalxalanır. 
Sınaq  şüşələrindəki  qarışığa  işiqda  baxılaraq  hansında 
hemoliz getməsi (qarışığın şəffaf olması) müəyyən edilir. 


24 
Cisim şüşəsi üzərinə bir damcı sitrat qan qoyub  üzəri örtücü 
şüşə  ilə  örtülür,  ona  mikroskopun  əvvəl  kiçik,  sonra  da  böyük 
böyüdücü altında baxılır. 
Nazik  pipetlə  örtücü  şüşənin  altına  1-2  damcı  saf  su  əlavə 
edilir  və  eritrositlərin  forması  müşahidə  edilir.  Başqa  preparatın 
örtücü şüşəsi altına 1-2 damcı 3%-li natrium xlorid məhlulu əlavə 
edilib,  yenə  də  eritrositlərin  formaları  müşahidə  edİlİr.  Alınan 
nətİələr dəftərə yazılır. 
 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin