Laboratoriya iĢi 9.
Qan zərdabının bufer xassəsinin təyini.
ĠĢ üçün lazımdır: 25 ml-lik iki büret, 4 kiçik stəkan, 1 ml-lik
dərəcəli pipet, 0,1 n xlorid turşusu məhlul, 0,1 n natirum hidroksid
məhlulu, 0,1%-li metiloranj və 0,1%-li fenolftalein məhlulları, saf
su, at və ya inək qanının zərdabı.
ĠĢin gediĢi.
1. Qələvi buferin təyini. Iki stəkan götürülür. Bir stəkana 10
ml saf su, ikinci stəkana 10 ml saf su və 1 ml zərdab tökülür. Hər
bir stəkana 2 damcı metiloranj indikatoru əlavə edilir. Sonra
qarışıq, damcıları saymaqla 0,1 n xlorid turşusu məhlulu ilə
itməyən zəif qırmızı rəng alınana qədər titrlənir. Titrləmə bufer
xassəsi olmayan nəzarət rolu görən sudan başlanmalıdır.
2.Turş buferin təyini. İki təmiz stəkan götürülür. Birinə 10 ml
saf su, ikincisinə isə 10 ml saf su və 1 ml zərdab tökülür. Hər bir
stəkana 2 damcı fenolftalein əlavə edilir və 0,1 n NaCl məhlulu ilə
itməyən cəhrayı rəng alınana qədər titrlənir. Titirləmə nəzarət
məqsədilə su ilə də aparılır.
Dostları ilə paylaş: |