Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə23/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   256
 
ĠĢ üçün lazımdır: Sali hemometri, 0,1 n HCl məhlulu, saf su, 
skаrifikаtоr,  yod  məhlulu,  pambıq,  sitrat  qan  və  ya  qan  almaq 
üçün heyvan. 
ĠĢĠn  gediĢi.  Sali  hemometrinin  (şəkil  8)  dərəcəli  sınaq 
şüşəsinin 2 bölgüsünə qədər 0,1 n HCl məhlulu tökülür. 
Hemometrin  mikropipetinə  20  mm
3
  (0,02  ml  bölgüsünə 
qədər)  qan  çəkilir.  Mikropipetin  ucu  pambıqla  silinir,  sonra 
dərəcəli sınaq şüşəsindəki xlorid turşusuna salınaraq qan məhlulu-
nun  dibinə  əlavə  edilir,  mikropipet  xlorid  turşusunun  üst  təmiz 
qalmış hissəsi ilə bir neçə dəfə yuyulur. 
Sınaq  şüşəsindəki  qarışıq  şüşə  çubuq  ilə  qarışdırılır.  Sonra 
həmin  sınaq  şüşəsi  5-10  dəqiqə  müddətində  hemometrdə  yerinə 
qoyulur.  Bu  müddətdə  hemoqlobin  xlorid  turşusu  ilə  reaksiyaya 
girərək hematin-xlorid alınır ki, bu da qarışığa tünd qəhvəyi rəng 
verir. 
Hematin-xlorid məhlulu olan sınaq şüşəsi hemometrə qoyulur 
və  qarışığın  rəngi  standart  məhlulların  rənginə  bərabərləşənə 
qədər onun üzərinə damcı-damcı saf su əlavə edilərək qarışdırılır. 
Rənglər bərabərləşəndən sonra hesablama aparılır. Hesablama 
əgər müayinə aparılan sınaq şüşəsinin üzərindəki rəqəmlər 2-dən, 
23-ə qədərdirsə, o zaman qanın şüşədə üst səviyyəsinin yanındakı 
rəqəm hemoqlobinin qram faizlə miqdarı olacaqdır. 


28 
Əgər  dərəcəli  sınaq  şüşəsi  üzərindəki  rəqəm  10-dan  140-a 
qədər olarsa (buna Sali vahidi deyilir) onda həmin rəqəm hemoq-
lobinin vahidlə miqdarını göstərir. Sali vahidini qram faizə çevir-
mək  üçün  tənasüb  qurulmalıdır.  Nəzərə  almaq  lazımdır  ki,  100 
Sali  vahidi  100  ml  qanda  16,67  qram  hemoqlobinin  olmasını 
göstərir. 
 
 
Şəkil 8. Sаli hеmоmеtri:  
1-hеmоmеtrin kоrpusu; 2-stаndаrt 
məhlullаr; 3-bölgülü sınаq şüşəsi; 
4-qаn götürmək üçün pipеt. Sаğ 
tərəfdə hеmоmеtrin şkаlаsı (qrаm-
fаizlə – nisbi hеmоqlоbin ədədi) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məsələ:  Fərz  edək  müayinə  olunan  qanın  durultmadan  sonra 
dərəcəli  sınaq  şüşəsində  səviyyəsi  80  Sali  rəqəminə  bərabər 
olmuşdur,o zaman 
100 - 16,67 
80 - X 
X=
       
 
    
   
 = 13,33 q% olacaqdır. 
Təcrübənin nəticəsi analiz olunaraq dəftərdə qeyd olunur. 


29 
İnsanda hemoqlоbinin miqdarı sağlam kişidə 13-16 q% (14,5 
q%), qadında 12-14 q% (13q%) olur. Alman kimyaçısı Xane Fişer 
40  yaşında  müstəqil  elmi-tədqiqat  işi  apararaq  müəyyən  etmişdir 
ki,  qanın  hemoqlobini  zülaldan  və  hemdən  ibarətdir.  Xane  Fişer 
1929-cu  ildə  hemin  quruluşunu  (strukturunu)  müəyyən  etmişdir. 
1930-cu ildə bu kəşfə görə ona Nobel mükafatı verilmişdir. 
Heyvanlarda  hemoqlоbinin  miqdarı  heyvanın  növündən, 
yaşından,  fizioloji  vəziyyətindən,  dəniz  səhtinə  nisbətən  hündür-
lükdən asılıdır (cədvəl 4). 
 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin