Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə31/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   256
Parenximatoz qanaxma – qara ciyər, böyrəklərin və dalağın 
zədələnməsi zamanı baş verir. 
Qanın  hara  axmasından  asılı  olaraq  xarici,  daxili  və  gizli 
qanaxmalar vardır. 
Xarici  qanaxma  qanın  damardan  xarici  mühitə  axmasına 
deyilir.  Bu  növ  qanaxmanın  diaqnozu  çətin  olmur.  Xarici  qan-
axma ən çox ətrafların, başın və boyunun zədələnməsi zamanı baş 
verir. 


34 
Daxili  qanaxma  qanın  təbii  boşluqlara  (kəllə,  qarın,  döş), 
boşluqlu  orqanların  daxilinə  (mədə,  bağırsaqlar)  və  ətraf 
toxumalara axmasıdır. 
Döş  boşluğuna  qanaxma  döş  qəfəsinin,  ürəyin,  iri  qan 
damarlarının, ağciyərlərin zədələnməsi zamanı baş verir. 
Qarın  boşluğuna  qanaxma  isə  qarın  divarının  və  qarın 
boşluğu orqanlarının zədələnməsi nəticəsində baş verir. 
Daxili  qanaxmanın  diaqnozu  ümumi  əlamətlərə  əsasən 
qoyulur:  dəri  örtüyünün  ağarması,  qan  təzyiqinin  aşağı  düşməsi, 
ürək  vurğularının  sayının  artması  (taxikardiya),  nəbzin  zəif 
olması, qanda hemoqlоbinin (HB) miqdarının azalması və s. 
Gizli  qanaxmaların  diaqnozu  çətin  olmaqla,  orqanizmdə 
zəiflik, tez yorulma, müvazinətin pozulması, yuxulu vəziyyət və s. 
müşahidə olunur. 
Mədənin  boşluğuna  axmış  qan  kofe  rəngində  olur,  səbəb 
mədə  şirəsinin  tərkibində  olan  xlorid  turşusunun  (HCl) 
hemoqlоbinə təsiri ilə əlaqədardır. 
Vaxtdan asılı olaraq birinci və ikinci qanaxmalar olur. Birinci 
qanaxma yaralanma zamanı olur. İkinci qanaxma yaralanmadan 3-
5 gün, bəzən 10-15 gün sonra ola bilir. Səbəb yarada metal parça-
sının  qalması,  sınmış  sümüyün  qan  damarını  zədələməsi,  irinli 
yara əmələ gəlməsidir. 
Ona  görə  də  birinci  cərrahi  işləmə  zamanı  yara  yaxşı 
təmizlənməli,  çirklənmədən  qorunmalı,  antibakterial  preparat-
lardan  (dərmanlardan)  düzgün  istifadə  edilməli,  aseptika  və 
antiseptika qaydalarına ciddi riayət edilməlidir. 
Ümumiyyətlə, аğırlıq dərəcəsinə görə qan itirmənin  üç növü 
аyırd еdilir: 
1. Yüngül dərəcəli qan itirmə 
2. Orta dərəcəli qan itirmə 
3. Ağır dərəcəli qan itirmə 
Yüngül  dərəcəli  qan  itirmə  –  damar  sistemində  dövran  edən 
qanın  təxminən  10-15%-nin  itirilməsidir.  Bu  növ  qan  itirməni 
orqanizm  yüngül  keçirir.  Klinik  əlamətlər  kəskin  nəzərə  çarpmır. 


35 
Belə  ki,  nəbz  bir  qədər  artır,  dəri  örtüyü  zəif  ağarır,  zəiflik 
müşahidə  olunur.  Qan  təzyiqi  normanın  aşağı  səviyyəsinə  qədər 
azalır  (insanda  100/70  -100/60  mm.c.st.),  eyni  zamanda  eritro-
sitlərin və hemoqlоbinin miqdarı da normaya nisbətən dəyişir. 
Orqanizm  tərəfindən  yüngül  qan  itirmə  tez  və  asan  bərpa 
olunur.  Depo  qanı  və  sümük  iliyində  qanın  formalı  elementlərin 
əmələ gəlməsinin sürətlənməsi hesabına itirilmiş qanın həcmi 1-2 
sutka müddətində bərpa olunur. 
Orta dərəcəli  qan itirmə  -  dövranda olan qanın həcminin  15-
20% azalmasıdır. Bu növ qan itirmədə orqanizmdə kəskin funksi-
onal  dəyişikliklər  baş  verir.  Nəticədə  kəskin  kliniki  əlamətlər 
əmələ  gəlir:  dəri  örtüyünün  görünən  selikli  qişaların  ağarması, 
soyuq tər ifrazi, susuzluq, zəiflik, bəzən qıc olma, nəbzin artması, 
qan  təzyiqinin  aşağı  düşməsi  (insanda  90/60  mm.c.st.),  eritro-
sitlərin  və  hemoqlоbinin  miqdarının  azalması.  İtirilmiş  qanın  bir 
litrə qədəri qanın yenidən paylanması hesabına bərpa olunur. Belə 
ki,  qan  dəridən,  dərialtı  toxumalardan,  əzələlərdən  və  sair  orqan-
lardan  həyat  üçün  vacib  olan  orqanlara  (beyinə,  ürəyə,  ağciyər-
lərə)  daxil  olur.  İlk  yardım  məqsədi  ilə  bu  zaman  qan  əvəzedi-
cilərindən istifadə etmək olar. 
Qan  əvəzedicilərinə  quru  plazma  (izotonik  natrium-xlor  – 
NaCl məhlulunda həll edilib istifadə olunur), eritrosit, leykosit və 
trombosit kütləsi aiddir. 
İnsan çox qаn itirdikdə ona müalicə məqsədi ilə 0,9%-li NaCl 
məhlulu vurmaq olar. 
Ağır  dərəcəli  qan  axma  –  dövranda  olan  qanın  20-30%-dən 
çoxunun  itirliməsidir.  Ağır  dərəcəli  qan  axma  zamanı  insanlarda 
müvazinət itir, arterial maksimal təzyiq 70-80 mm.c st qədər aşağı 
düşür, hemoqlobinin və eritrositlərin miqdarı kəskin azalır.  
Çoxlu  qanitirmə  zamanı  ilk  yardım  əsas  iki  istiqamətdə 
aparılmalıdır:  
1. Qan axıntısını dayandırmaq. 
2. İtirilmiş qanı bərpa etmək. 
Qanaxmalar zamanı ilk yardımın mərhələləri: 


36 
1. Qan axıntısını müvəqqəti dayandırmaq.  
2. Xəstəyə lazımı şərait yaratmaq. 
3. Xəstəni təcili müalicə müəssəsinə aparmaq. 
Qan  axmanın  müvəqqəti  dayandırılması  (sarğı  qoymaq,  da-
marı sıxmaq, jqut qoymaq, ətrafı oynaqdan bükmək və s.) xəstəni 
müalicə müəssəsinə aparmağa imkan verir. 
Qanaxmanı  daimi  dayandırmaq  üçün  mexaniki  (yarada 
damarın hər iki ucunu tikmək), fiziki (yüksək temperaturun təsiri, 
aşağı temperaturun təsiri - 0
0
 C yaxın, yüksək enerjinin istifadəsi – 
lazer, dağlama), kimyəvi (kimyəvi maddələrdən istifadə edilməsi, 
selikli  qişaya  adrenalin  sürətmək  və  s.)  və  bioloji  üsullardan 
istifadə olunur. 
Qanaxmanın  daimi  dayandırılması  üçün  xüsusi  şərait  və 
lazımi  dərman  preparatları  lazımdır.  Ona  görə  də  qanaxmanın 
daimi dayandırılması üçün tədbirlər ancaq müalicə müəssələrində 
aparılır. 
İnsanda burun qanaxması – burunun, baş beyinin zədələnməsi 
nəticəsində  olur.  Xəstəyə  sakitlik  təmin  olunmaqla,  buruna  buz, 
qar  və  yaxud  soyuq  su  ilə  isladılmış  tampon  qoyulur.  Burun 
boşluğuna  adrenalin  ilə  isladılmış  tampon  qoymaq  və  xəstənin 
burun  qanadlarını  barmaq  ilə  sıxmaq  da  olar.  Diş  çəkilən  zaman 
qanaxmanı  dayandırmaq  üçün  çəkilən  dişin  yerinə  tampon 
qoyulur.  Xarici  qulaq  keçəcəyinin  və  baş  beyinin  zədələnməsi 
zamanı  qulaqdan  qanaxma  ola  bilir.  Bu  zaman  xəstə  sağlam 
qulağı  üzərində  uzadılır,  qulaq  keçəcəyinə  tənzif  qoyulur.  Daxili 
qanaxmalar  zamanı  xəstəyə  tam  sakitlik  verilməklə  qan  axan 
mahiyəyə buz, qar və soyuq kompres qoyulur. CaCl
2
, K vitamini 
(vikasol),  C  vitamini,  disinon  məhlulları  vurmaq  olar.  İlk 
yardımdan sonra xəstə müalicə müəssəsinə aparılmalıdır. 
Ağciyərlər zədələndikdə, ağciyər vərəmi, şişlər zamanı ağci-
yərlərdən  qanaxma  olur.  Ürək  və  iri  qan  damarları  zədələndikdə 
də  döş  boşluğuna  qan  axır  (daxili  qanaxma).  Bu  zaman  dəri 
örtüyünün  kəskin  ağarması,  başın  hərlənməsi,  arterial  təzyiqin 


37 
aşağı düşməsi baş verir. İlk yardım məqsədi ilə xəstəni təmiz hava 
ilə təmin etməklə, döş qəfəsinə soyuq kompres qoymaq lazımdır. 
İnsanda  mədə  yarası,  mədənin  xərçəngi  zamanı  mədənin 
boşluğuna  qan  axır.  Bağırsaq  boşluğuna  da  qanaxma  ola  bilir. 
Xəstədə  qusma,  rəngin  ağarması,  zəiflik,  müvazinətin  itməsi, 
arterial təzyiqin aşaği düşməsi və sair əlamətlər baş verir. Qusma 
zamanı  xaric  olunan  qan  tünd  rəngli  (kofe  rəngli)  olur.  Döş 
boşluğuna qanaxmada qusma nəticəsində xaric olunan qanın rəngi 
al qırmızı olur. 
Qanın rənginin tünd və al qırmızı olması, qanda oksigenin və 
karbon  qazının  miqdarından  asılı  olmaqla  diaqnostikada  mühüm 
əhəmiyyətə malikdir. 
Qarın  boşluğuna  qanaxma  qarın  boşluğu  orqanlarının  zədə-
lənməsi  nəticəsində  baş  verir.  İlk  yardımdan  sonra  xəstə  insan 
müalicə  müəssəsinə  uzanıqlı  vəziyyətdə  aparılmalıdır.  İnsanların 
ehtiyyatlı və diqqətli olması qanaxmaların əsas profilaktikasıdır. 
1920-ci  ildə  Şimali  Amerikada  qanın  laxtalanma  xassəsinin 
pozulması  nəticəsində  iri  buynuzlu  heyvanlarda  kütləvi  ölüm 
qeydə  alınmışdır.  Uzun  müddət  qanın  laxtalanma  qabiliyətinin 
pozulması  səbəbini  aydınlaşdırmaq  üçün  mütəxəssislər  tədqiqat 
işləri aparmışlar. 
Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, bu 
xəstəliyin  (hemofiliya)  səbəbi  həmin  heyvanlara  keyfiyyətsiz 
yemlərin  verilməsidir.  Belə  ki,  çürümüş  və  kiflənmiş  yemlərdə 
əmələ gələn toksiki maddələr filoxinonu (K vitaminini) parçalayır, 
nəticədə qanın laxtalanma xassəsi pozulur. 
Heyvanların yem payına K vitamini ilə zəngin olan yonca, ot 
və  başqa  yemlər  əlavə  etdikdən  sonra  qanın  laxtalanma  xassəsi 
normallaşmış və heyvanlar arasında ölüm dayanmışdır. 
Qanın laxtalanma sistemi iki yarım sistemdən ibarətdir: 
1.Laxtalandırıcı sistem- bu sİstemə tromboplastin, protombin, 
trombin, fibrinogen və s. aiddir. 


38 
2.  Əks  laxtalandırıcı  sistem  –  bu  sistemə  antitromboplastin, 
antitrobinlər,  fibrinolitik  fermentlər  (fibrinolizin  və  ya  plazmin) 
aiddir. 
Normada  damar  daxilində  qan  laxtalanmır.  Ona  görə  ki,  üs-
tünlük  əks  laxtalandırıcı  sistemdə  olur.  Damarın  daxili  qışası  zə-
dələndikdə,  qana  yabancı  maddələr  düşdükdə,  qanda  trombosit-
lərin  dağılmasına  səbəb  olan  faktorlar  olduqda  qan  damar  daxi-
lində laxtalana bilər. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin