41
leykositlər təşkil edir. Plazma pipet vasitəsilə çəkilərək ayrı qaba
toplanır. Plazma qanın 55-60%-ni formalı elemetlər isə 45-40%-ni
təşkil edir. Deməli qan plazmadan və formalı elementlərdən
ibarətdir. Qanin plazmasının 90-92%-ni su, 8-10%-ni quru maddə
təşkil edir. Qanın formalı elemetlərinə eritrositlər, leykositlər və
trombositlər aiddir.
Zərdab almaq üçün 37
0
C istilikdə suya salınmış sınaq şüşə-
sinə qan alınır və ağzı tıxac ilə bağlanır. Laxtalanmanı sürətlən-
dirmək üçün qan həmin istilikdə xeyli saxlanılır. Qan laxtasının
üzərində əmələ gələn şəffaf sarımtıl maye pipetlə çəkilib başqa bir
sınaq şüşəsinə tökülür. Bu maye qan zərdabı -
serum adlanır.
Plazmanın tərkibində fibrinogen zülalı olur, zərdabın tərkibində
isə olmur. Təcrübənin nəticəsi dəftərə qeyd olunur.
Dostları ilə paylaş: