Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə36/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   256
(aqlütinasiya) deyilir.  
Hazırda  müəyyən  edilmişdir  ki,  eritrositlərin  aqqlütinləşmə-
sinin səbəbi donorla (qan verən) resipientin (qan qəbul edən) qan 
qruplarının bir-birinə uyğun gəlməməsidir. 


42 
Eritrositlərdə  aqqlütinləşən  maddə  (A  və  B  aqqlütinogenlər), 
plazmada isə (
 
- və β-aqqlütininlər) vardır. 
Əgər eritrositlərdə A aqqlütinogen və plazmada 
 
-aqqlütinin 
olsa,  o  zaman  bunların  rastlaşmasından  qanda  aqqlütinasiya  baş 
verəcəkdir.  Demək,  eritorsitlərində  A  aqqlütinogen  olan  qanın 
plazmasında 
 
-aqqlütinin,  eritorsitlərində  B  aqqlütinogen  olan 
qanın  plazmasında  isə  β-aqqlütinin  ola  bilməz.  Bu  amillərin 
olmasına  görə  insanda  qan  dörd  qrupa  bölünür.  İnsanların  40%-i 
birinci  qrupa,  39%-i  ikinci  qrupa,  15%-i  üçüncü  qrupa,  6%-i 
dördüncü  qrupa  mənsubdur.  Qanın  neçənci  qrup  olmasının,  оnun 
kəmiyyətinə,  keyfiyyətinə,  funksiyalarına  heç  bir  təsiri  yoxdur. 
Qanın  hansı  qrupa  mənsub  olması  insаnın  xasiyyətinə,  sağlam-
lığına,  qabiliyyətinə  də  təsir  göstərmir.Qanın  qruplara  ayrılması 
əsas qan köçürmədə əhəmiyyətə malikdir. Qan qrupları irsidir və 
insanın bütün ömrü boyu dəyişilməz qalır. 
İnsanda  qruplarda  olan  aqqlütinogen  və  aqqlütininlər  aşağı-
dakı cədvəldə (cədvəl 6) göstərilir.  
Cədvəl 6.  
Insаnlаrdа qаn qruplаrı. 
Qan qrupları 
Plazmada olan 
aqqlütinin 
Eritrositlərdə olan 
aqqlütinogen 
I (0) 
 
-, β- 
yoxdur 
II (A) 
β

III (B) 
 


IV (AB) 
Yoxdur 
AB 
 
Əgər donorla (qan verən) resipientin (qan qəbul edənin) qanı 
qarışdırıldıqda A aqqlütinogenlə 
 
-aqqlütinin və B aqqlütinogenlə 
β-aqqlütinin  rastlaşarsa,  o  zaman  aqqlütinasiya  reaksiyası  baş 
verər- eritrositlər komlaşar. 
Qan  köçürən  zaman  donorun  eritrositlərinin,  resipientin  isə 
zərdabının xassəsi nəzərə alınmalıdır (şəkil 11). Donorun zərdabı-
nın xassəsi nəzərə alınmır, ona görə ki, o resipentin qanı ilə qarış-
dıqda  hədsiz  dərəcədə  durulduğundan  öz  yapışdırıcı-  aqqlütinin-


43 
ləşdirici xassəsini İtirir. Qan qruplarını təyİn etmək üçün iki üsul 
vardır. Birinci vasitəli, ikinci isə vasitəsiz üsul adlanır.  
Laboratoriyalarda  vasitəsiz  üsuldan  ancaq  standart  zərdab 
olmadıqda istifadə edilir. Bu üsulla əşya şüşəsi üzərinə bir damcı 
10%-li natrium-sitrat məhlulu tökülür və bunun üzərinə bir damcı 
donorun  və  bir  damcı  da  resipentin  qanından  əlavə  edilir.  Əgər 
aqqlütinasiya baş verərsə, o zaman duru mayenin içərisində kom-
laşmış  eritrositlərin  olması  adi  gözlə  görünür.  Bu  üsul  ilə  ancaq 
həmin  heyvanların  qanının  bir-birinə  köçürülməsinin  mümkün 
olub-olmamasını təyin etmək olar. 
 
Şəkil 11. Qаn qruplаrının xаssələri 
 
Qanın  qruplarını  vasitəli  üsulla  təyin  etmək  üçün  II  və  III 
qrup qanın standart zərdablarından istifadə edilir. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin