Lаbоrаtоriyа iĢi 16. Qan qruplarının təyini. Qan itirmə zamanı və eləcə də bir sıra xəstəliklərdə müalicə
məqsədi ilə xəstələrə qan köçürülməsinin böyük əhəmiyyəti
vardır. Əvvəllər bir insandan digərinə qan köçürmə çox vaxt
xəstənin ölməsi ilə nəticələnirdi. Qan köçürmə zamanı ölümün
səbəbini 1901-ci ildə Avstraliya alimi Karl Landşteyner müəyyən
etdi. K.Landşteyner (1868-1943) qan qruplarının kəşfinə görə
1930-cu ildə Nobel mükafatına layiq görülmüşdür. Ölümün səbəbi
qanı qəbul edənin plazması ilə, köçürülmüş qanın eritrositlərinin
bir-birinə yapışması idi.
Belə hallarda eritrositlər yapışaraq adı gözlə görünə bilən
komalar əmələ gətirir. Bu hala eritrositlərin aqqlütinləĢməsi