MəĢğələyə hazırlaĢmaq üçün suallar. 1.Qanın laxtalanmasının orqanizm üçün əhəmiyyəti.
2.Qanın laxtalanmasının müasir nəzəriyyəsi.
3.Qanın laxtalanmasını zəiflədən, sürətləndirən faktorlar.
4.Qan laxtalandırıcı və əks laxtalandırıcı sistemləri.
5.Qanın laxtalanmasının tənzimi.
6.Müxtəlif heyvanlarda və insanda qanın laxtalanma sürəti.
7.Qanaxmalar zamanı ilk yardım.
Laboratoriya iĢi 12. Qanın fibrinsizləĢdirilməsi. Fibrinogeni alınmış qan fibrinsizləĢdirilmiĢ qan adlanır.
Fibrinogen qanın zülalıdır.
ĠĢ üçün lazımdır: heyvan, 50 ml-lik stəkan, çöp dəstəsi, içə-
risinə muncuq salınmış kolba, cərrahi alətlər, tənzif, sınaq
şüşələri, qıf.
ĠĢin gediĢi. Stəkana və içərisinə şüşə muncuq salınmış kol-
baya heyvanın vadaci venasından qan alınır. Kolbadakı qan 10-15
dəqiqə sürətlə çalxalanır. Stəkandakı qan isə çöp dəstəsi ilə
qarışdırılır. Əmələ gələn fibrin lifləri muncuqlara və çöp dəstəsinə
dolaşır. Kolbadakı və stəkandakı qan tənzifdən süzülür və alınan
qan fibrinsiz olur.
31
Əgər fibrinsiz qan saxlanarsa, o laxtalanmır, ancaq onun
formalı elementləri qabın dibinə çökür, üst qatda isə qanın zərdabı
qalır.