Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə48/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   256
Lаbоrаtоriyа iĢi 20.  
Ġstiqanlı heyvanların təcrid edilmiĢ 
 ürəyi üzərində təcrübə  
Kənd  təsərrüfatı  heyvanlarında  və  dovçanda  ürək  4  kame-
ralıdır: iki qulaqcıq və iki mədəcİkdən ibarətdir. Ürəyin sağ və sol 
yarısı bir-birindən bütöv arakəsmə ilə ayrılır. Belə ki, sol qulaqcıq 
ilə  sağ  qulaqcıq  və  sol  mədəcik  ilə  sağ  mədəcik  arasında  heç  bir 
əlaqə yoxdur. 
ĠĢ üçün lazımdır: dovşan, yarma üçün cərrahi alətlər, aşağıda 
borusu olan 2-3 litrlik şüşə, spiralvari şüşə boru, su hamamı, spirt 
lampası,  T-formalı  şüşə  və  rezin  borular,  ürək  üçün  konyul, 
termometr,  Qofman  sıxacları,  pəncəvarı  sıxıcısı  olan  iki  ştativ, 
geniş  şüşə  biuret,  iki  ləyən,  hava  ötürmək  üçün  rezin  balon,  göz 
pipeti,  yazmaq  üçün  mаnivella,  kimoqraf,  Ringer-Lokk  məhlulu, 
adrenalın  (1:1000)  məhlulu,  asetilxloin  məhlulu  (1:1000),  1%-li 
KCl, CaCl
2
, şpris, inyeksiya iynəsi. 


55 
IĢin  gediĢi:  Təzəcə  öldürülmüş  dovşanın  ürəyi  kəsilib 
çıxarılır. Bu zaman aorta ürəkdən 3-4 sm kənardan kəsilməlidir. 
Ürək  içərisində  isti  fizioloji  məhlul  olan  ləyənə  qoyulur  və 
yüngülcə  massaj  etməklə  yuyulur.  Aortanın  ucuna  konyul  salınır 
və sapla bağlanır. Konyul ürəyə fizioloji məhlul verən şüşə qabla 
birləşdirilir. 
Ürəyə verilən məhlulun temperaturunun sabitliyi ciddi gözlə-
nilməlidir.  Ürəyin  zirvəsi  serfinlə  yazan  lingə  birləşdirilir  və 
kimoqraf üzərində kardioqram yazılır. 
Kardioqram  ürəyə  gedən  məhlulun  temperaturu  38
0
C  bir 
qədər  ondan  yuxarı  və  aşağı  olduqda,  eləcə  də  ürəyə  gedən 
məhlula adrenalin, asetilxolin, kalsium xlorid, kalium xlorid, əlavə 
edilərək  yazılır. Göstərilən faktorların ürək fəaliyyətinə necə təsir 
etməsi haqqında nəticə çıxarılır və dəftərə yazılır. 
Təcrübə üçün ət kombinatında kəsilən inəyin dölünün ürəyin-
dən də istifadə etmək olar.  
Müxtəlif  hеyvаnlаrdа  ürək  vurğulаrının  sаyı  аşаğıdаkı 
cədvəldə göstərilmişdir. 
Cədvəl 9.  
Müxtəlif hеyvаnlаrdа ürək vurğulаrının bir dəqiqədə sаyı 
Hеyvаnın növü 
Ürək 
vurğulаrının sаyı 
Hеyvаnın növü 
Ürək 
vurğulаrının sаyı 
Fil 
25-28 
Dоnuz 
60-80 
Аt 
24-42 
It 
70-80 
Dəvə 
32-52 
Dоvşаn 
120-140 
Cаmış 
60-80 
Tоyuq 
300-ə qədər 
Qаrаmаl 
50-80 
Оxuyаn quşlаr 
700-1000 
Dаvаr 
70-80 
 
 
 
 


56 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin