57
Ürəyin şöbələrinin: venoz cibciyin, qulaqcıqların və
mədəciyin yığılmaları bir dəqiqə müddətində sayılır.
Aortanın şaxələri altından sap keçirilib ürəkdən aşağıda ilgək
salınır, ürək zirvəsindən tutulub aortanın üzərinə çevrilir. Salınmış
ilgəyin sapları çəkilib qulaqcıqlarla venoz cibcik sərhədində
möhkəm bağlanır.
Buna Stanniusun birinci liqaturası
(sapı) deyilir. 1-ci liqatu-
radan sonra ürək fəaliyyətində baş verən dəyişikliyə fikir verilir və
ürəyin şöbələrinin yığılmaları sayılır.
1-ci liqaturanı çıxarmadan qulaqcıqlarla mədəcik arasına 2-ci
liqatura salınır və 1 dəqiqədə ürəyin şöbələrinin yığılmaları
sayılır. Nəticə çıxarılır.
Dostları ilə paylaş: