Lаbоrаtоriyа iĢi 22.
Ürəyin refrakter dövrü. Ekstrasistola
ĠĢ üçün lazımdır: qurbağa, cərrahi alətlər, kimoqraf, ştativ,
induksion cihaz və ya elektrostimulyator, mantar lövhə, yazı lingi,
serfin, soyuqqanlılаr üçün Ringer məhlulu, sancaqlar, göz pipeti.
ĠĢin gediĢi. Qurbağa (18-ci lаbоrаtоriyа işində olduğu qayda
üzrə) hərəklətsizləşdirilir, mantar lövhə üzərində arxası üstə təsbit
edilir.
Ürək zirvəsindən serfinlə tutulur və sapla yazan lingə
bitləşdirilir. İnduksion cihazın elektrodları ürəyin mədəciyinin
üzərinə qoyulur (elektrodların hərəkət etməməsi üçün metal
çəngəllə qurbağanın yaxınlığına tıxac taxtaya bərkidilir).
Kimoqarfın barabanı üzərində ürəyin yazısı alınır.
Dövrə ürəyə induksion cərəyandan tək impuls göndərmək
üçün düzəldilir. İnduksion cərəyanın elə bir həddi tapılır ki, ancaq
elektrik dövrəsi açılan zaman oyanmayа səbəb olsun.
İnduksion cərəyanın dövrəsini qapamaq və açmaqla ürək
sistola dövründə və diastolanın başlanğıcında qıcıqlandırılır. Bu
hallarda da ürək yığılmalarının kimoqrafın üzərində yazısı alınır.
Ürək induksion cərəyanla qıcıqlanan zaman ona cavab olaraq ürək
tsiklinin hansı dövründə ekstrasistola müşahidə edildiyi
müəyyənləşdirilir. Nəticə dəftərə yazılır.
Dostları ilə paylaş: |