Lаbоrаtоriyа iĢi 34.
Plevra boĢluğunda təzyiqin ölçülməsi.
IĢ üçün lazımdır: it, manometr – V şəkilli rezin şlanqlı şüşə
boru, inyeksiya üçün iynə, spirt, yod məhlulu, 0,5%-li novokain
məhlulu.
IĢin gediĢi. It dəzgaha çıxаrılır. Sağ tərəfdə 4-5-ci qabırğa-
arası nahiyyədə tük qırxılır. Dəri yod məhlulu ilə dezenfeksiya
edılır və həmin nahiyəyə 0,5%-li novokain məhlulu yeridilir.
Inyeksiya iynəsi rezin boru vasitəsilə, hündürlüyünün yarısına
qədər rənglənmiş fizioloji məhlul doldurulmuş manometr ilə
birləşdirilir. Hazırlanmiş qabırğaarası nahiyədən iynə plevra
boşluğuna yeridilir.
Iynə plevra boşluğuna düşən kimi, manometrdə mayenin
yerinin dəyişməsinə nəzarət edilir. Nəticə analiz edilir.
Dostları ilə paylaş: |