Lаbоrаtоriyа iĢi 33. Məməlilərin ağciyərlərinin hərəkətinin Dondres apratında nümayiĢ etdirilməsi. IĢ üçün lazımdır: Dodres aparatı, dovşan (pişik və ya it) döş
boşluğunu açmaq üçün alətlər, tənzif, sap, fizioloji məhlul.
IĢin gediĢi. Dovşan təsbit edilir, döş boşluğu açılır və
ağciyərlər traxeya ilə birlikdə təcrid edilir. Traxeyaya şüşə konyul
salınaraq sapla bağlanır. Əsası kəsilib götürülmüş ağciyərlər şüşə
butulkaya ehtiyatla yerləşdirilir.
Butulkanın ağzı iki deşiyi olan tıxac ilə bağlanır. Həmin de-
şiklərin birindən traxeyaya bağlanmış şüşə boru keçirilir. Ikinci
deşikdən isə ağzı tıxac ilə bağlanmış digər şüşə boru keçirilir.
Butulkanının aşağı hissəsi nazik elastik rezin ilə çəkilib bağlanır
(rezinin mərkəzinə qarmaq qoyulur). Diafraqmanın xatırladan bu
rezin membran butulkanın içərisinə doğru itələnir. Sonra qarmaq
vasitəsilə həmin membran geri çəkilir. Bunun nəticəsində
butulkanın içərisindəki hava seyrəkləşir.
Bundan sonra butulkanın həcminin dəyişməsi zamanı ağci-
yərlərin vəziyyəti müşahidə edilir.