Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


Qara  metallurgiya  sənaye  əhəmiyyətii  təbii



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə19/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   89
DƏRSLİK

Qara  metallurgiya  sənaye  əhəmiyyətii  təbii 
resursların iqtisadi təhlili. Qara metallurgiyanın iqti-
sadi  səmərəliliyi  filizin  hasilatına,  emalına  və  daşın-
masına  sərf  edilən  kapitalla  müəyyən  olunur.  Bu 
səbəbdən  də  dünyanın  bütün  ölkələrində  qara  me-
tallurgiya sənayesi xammal bazaları yaxınlığında yer-
ləşməsi  prinsiplərinə  tam  uyğundur.  Dünyanın  qara 
metallurgiya üçün mühüm dəmir filizi hövzələri aşa-
ğıdakı cədvəldə aydın əks olunmuşdur (cədvəl 5). 
 
Cədvəl 1. 
Dünyanın mühüm dəmir filizi hövsəsi rayonları. 
 
Rayon və hövzə 
Ölkə 
Təstiq 
olunmuş 
ehtiyat 
(milyard ton) 
Dəmir filizin 
tərkibində olan 
Fe 
Xammersli 
hövzəsi 
Avstraliya 
11,7 
62 
"Uçbucaq dəmir 
filizi" rayonu 
Braziliya 
6,0 
62 
Karajas rayonu 
Braziliya 
5,0 
67 


70 
 
Mesabi- 
Reyndj 
rayonu 
ABŞ 
5,0 
61 
Karol-Leyk 
hövzəsi 
Kanada 
2,7 
38 
Smaxbum 
rayonu 
Hindistan 
2,0 
60 
Simen hövzəsi 
CAR 
1,3 
64 
Lotaringiya 
hövzəsi 
Fransa 
2,1 
32 
Ural rayonu 
Rusiya 
4,0 
50 
 
Yuxarıda  qeyd  olunan  dəmir  filizi  hövzəsi  və 
rayonlarinin  ehtiyatı  imkan  verir  ki,  metallurgiyanın 
dayanıqlı  inkişafı  təmin  olunsun,  dünya  ölkələrinin 
qara  metallurgiya  məhsullarına  olan  təlabatı  təmin 
edilsin.  Çünki  qara  metallurgiya  istehsalın  elə  bir 
sahəsidir  ki,  dünyanın  bütün  ölkələrində  bu  sahənin 
məhsullarına ehtiyac vardır. Həmin ehtiyaclar ya mü-
badilə  hesabına  və  yaxud  bir  sıra  başqa  qara  metal-
lurgiya məhsulları almaq yolu ilə təmin olunur. 
Aparılmış  hesablamalara  görə  ümumiliklə 
dünyada  qara  metallurgiyanın  əsas  xammalı  hesab 
olunan dəmir filizinin ehtiyatı 800 milyard ton müəy-
yən  olunmuşdur.  Həmin  ehtiyatlar  əsasən  Rusiyada, 
Çində, Hindistanda, ABŞ-da və s. ölkələrdədir. Qara 
metallurgiyada  mühüm  rol  oynayan  dəmir  filizi  is-
tehsalı  ildən-ilə  artmaqdadır.  Əgər  dünyada  1950-ci 
ildə  250  milyon  ton  dəmir  filizi  istehsal  olunduğu 


71 
 
halda, 1970-ci ildə həmin rəqəm 750 milyon, 2000-ci 
ildə 1950-ci illə müqayisədə iki dəfədən çox istehsalı 
artmışdır.  Hazırda  ildə  dünyada  bir  milyard  tondan 
artıq dəmir filizi istehsal olunur ki, onun  əsas isteh-
salçıları  Avstraliya,  Braziliya,  Çin,  Hindistan,  Rusi-
ya,  Ukraniya,  ABŞ,  Kanada,  CAR  hesab  olunur. 
Azərbaycanda  zəngin  dəmir  filiz  ehtiyatlarının  ol-
masına baxmayaraq (Daşkəsən) onun istehsalı poten-
sial  imkanlarından  çox-çox  aşağıdır.  Gələcəkdə  də-
mir  filizi  ehtiyatlarından  səmərəli  istifadə  olunması 
qara  metallurgiya  sənaye  məhsulları  içərisində  mü-
hüm  yer  tutan  polad  istehsalının  inkişafinı  daha  da 
sürətləndirər. 
İqtisadi qiymətləndirmədə polad qara metallur-
giyanın  digər  məhsulları  ilə  müqayisədə  üstünlük 
təşkil  etməklə,  bir  çox  istehsal  sahələrində  işlədilir. 
Dünyada  əsas  polad  istehsalçıları  Braziliya,  Avstra-
liya, Hindistan, Kanada, İsveç, CAR, Venesuela he-
sab edilir. 
Dünyanm bir çox idxalçı ölkələrinin təlabatını 
təmin  etmək  üçün  qeyd  olunan  ölkələr  polad  ixrac 
edən  ölkələr  kimi  çıxış  edirlər.  Dünya  ölkələrinin 
polada  olan  təlabatı  artdıqca  ildən-ilə  istehsal  səviy-
yəsi  artır.  l950-ci  ildə  200  milyon  ton  polad  istehsal 
olunduğu halda 1980-cı ildə 700 milyon ton, 2000-ci 
ildə 850 milyon ton, 2005-ci ildə 900 milyon tondan 
çox polad istehsal olunmuşdur. 
Qeyd  olunmalıdır  ki,  müasir  dünyada  polad 
istehsalında  xarici  Asiya  ölkələri  (xüsusilə  Çin) 


72 
 
birinci  yer  tutur.  Çin  hətta  dünyada  liderlik  edərək 
ildə 200 mln tona qədər polad istehsal edir. Eyni za-
manda  Yaponiya  150  mln  ton,  Hindistan,  Koreya 
aparıcı ölkələrdən hesab edilir. 
Polad istehsalında rayonların təhlili göstərir ki, 
ümumi məhsul istehsalında xarici Asiya 43%, xarici 
Avropa  24%,  Amerika  21%,  Afrika,  Avstraliya  və 
Okeaniya 2%, MDB ölkələri isə 10% təşkil edir. 
Qara  metallugiyanın  əsas  məhsullarından  biri 
çuqun istehsalıdır. Aparılan iqtisadi təhlillər göstərir 
ki,  dünyada  ildə  600  milyon  tondan  artıq  çuqun  is-
tehsal olunur. Çuqundan  dəmir  yolunda  relslərin  ha-
zırlanmasında, dekorativ metal məmulatların istehsa-
lında, bir cox sənaye sahələrində geniş tətbiq olunur 
(şəkil 3). 
 
 
 
 
 
 
 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin