Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2.8 Kb.

səhifə1/16
tarix29.05.2017
ölçüsü2.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   16


 
 
 
RAİBƏ CƏFƏROVA 
 
 
 
 
 
TƏBİƏTDƏN İSTİFADƏNİN 
İQTİSADİYYATI 
(dərs vəsaiti) 
 
 
 
Azərbaycan Respublikası Təhsil 
Nazirliyinin 21.02.2014-cü il  
tarixli 222 saylı əmri ilə nəşr 
olunmuşdur. 
 
 
                                                 BAKI – 2014 
downloaded from KitabYurdu.org


 
Elmi redaktor: 
iqtisad elmləri doktoru 
                                   F.Ə.MƏMMƏDOV 
 
Rəyçilər: 
 
akademik 
 
 
 
Z.Ə.SƏMƏDZADƏ 
 
 
 
 
iqtisad elmləri doktoru 
 
 
 
M.C.HÜSEYNOV. 
 
 iqtisad üzrə fəlsəfə doktoru 
 M.M.Məmmədov. 
 
iqtisad üzrə fəlsəfə doktoru 
N.A.HACIYEVA 
 
 
 
 
 
 
Cəfərova Raibə Məmmədbağır qızı. 
İqtisad üzrə fəlsəfə doktoru. 
Təbiətdən istifadənin iqtisadiyyatı. Dərs vəsaiti. Bakı – 2014. 
 
 
 
 
 
 
                                                       
© Raibə Cəfərova - 2014 
downloaded from KitabYurdu.org


 
 
 
 
 
Böyük tövsiyələri ilə elmdə ilk 
addımlarımı atdığım, bu vəsaitin ərsəyə 
gəlməsində yaxından köməklik göstərib, 
dəyərli məsləhətlər verən hörmətli 
akademik Ziyad Səmədzadəyə  
böyük minnətdarlığımı bildirirəm. 
 
Raibə Məmmədbağır qızı Cəfərova 
 
 
 
 
 
 
 
 
 
downloaded from KitabYurdu.org


 
 
MÜNDƏRİCAT 
 
GİRİŞ .................................................................................7 
 
FƏSİL I. 
TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİYYATI  
FƏNNİNİN  NƏZƏRİ ƏSASLARI 
 
1.1.
 
Təbiətdən istifadənin iqtisadiyyatı fəninin           
tarixi və  mahiyyəti ..............................................11 
1.2.
 
Təbiətdən istifadənin iqtisadiyyatı fənninin       
predmeti, məqsəd və vəzifələri ............................17 
1.3.
 
Təbiətdən istifadənin iqtisadiyyatı fənninin          
tədqiqat metodları və elmlər sistemində         
mövqeyi ...............................................................19 
1.4.
 
Təbiətdən istifadənin iqtisadiyyatı fəninin     
metodiki əsasları ..................................................23 
1.5.
 
Təbiətqoruyucu və resursqoruyucu fəaliyyətdə   
biznes plan ...........................................................28 
1.6.
 
Təbii ehtiyatların istifadasində iqtisadiyyatın        
rolu .......................................................................31 
1.7.
 
Təbiətdən istifadənin iqtisadiyyatının ekoloji           
və iqtisadi əsasları ................................................35 
 
FƏSİL II.  
TƏBİİ RESURSLARDAN KOMPLEKS  
İSTİFADƏNİN İQTİSADİ İNKİŞAFI 
 
2.1.
 
Təbii sərvətlər və onlardan istifadə edilməsinin 
perspektivliliyi .....................................................42 
2.2.
 
Yanacaq-energetika kompleksi ............................50 
downloaded from KitabYurdu.org


 
2.3.
 
Mineral resurslar  və onlardan səmərəli               
istifadə edilməsi ...................................................59 
2.4.
 
Torpaq resursları, onlardan səmərəli istifadə  
edilməsi və mühafizəsi .........................................79 
2.5.
 
Su sərvətləri, onlardan səmərəli istifadə          
edilməsi və mühafizəsi .........................................93 
2.6.
 
Meşə sərvətlərinin ekoloji iqtisadi əhəmiyyəti         
və mühafizəsi .......................................................126 
2.7.
 
Qoruqlar, milli parklar və yasaqlıqların sosial- 
iqtisadi əhəmiyyəti və onların təbiətin    
mühafizəsində rolu ...............................................146 
 
FƏSİL III.  
KƏND TƏSƏRRÜFATININ RESURS TƏMİNATI  
VƏ ƏRZAQ TƏHLÜKƏSİZLİYİ 
 
3.1.
 
Kənd təsərrüfatının resurs təminatı ......................170 
3.2.
 
Ərzaq təminatının təhlükəsizliyi ..........................184 
3.3.
 
Ərzaq resurslarının iqtisadi təhlükəsizliyi,               
ərzaq təminatı və milli təhlükəsizlik siyasəti .......201 
3.4.
 
Ərzaq resurslarının tarazlı inkişafı .......................212 
 
FƏSİL IV.  
TƏBİİ EHTİYATLARIN QİYMƏTLƏNDİRİLMƏSİ  
VƏ ONLARDAN İSTİFADƏNİN İQTİSADİ SƏMƏRƏSİ 
 
4.1.
 
Təbii ehtiyatların iqtisadi qiymətləndiril-        
məsinin zəruriliyi və əhəmiyyəti ..........................223 
4.2.
 
Təbiətdən səmərəli istifadənin iqtisadi    
müxanizmləri .......................................................234 
 
 
 
downloaded from KitabYurdu.org


 
 
 
FƏSİL V.  
TƏBİƏTDƏN İSTİFADƏ SAHƏSİNDƏ  
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 
 
5.1.
 
Təbii resurslardan istifadədə beynəlxalq    
əməkdaşlıq ...........................................................257 
5.2.
 
Azərbaycanın təbii resurslarından kompleks 
istifadədə beynəlxalq əməkdaşlığın rolu ..............262 
 
Ədəbiyyat ...............................................................283 
 
  
 
 
downloaded from KitabYurdu.org


 
 
GİRİŞ 
 
Təbiətdən səmərəli istifadə edilməsi ekologiya 
və  iqtisadiyyat  elmlərinin  iştirakı  olmadan  qeyri-
mümkündür.  Bu  elm  sahələrinə  yalnız  iqtisadçılar 
yox, həm də təbiətşünaslar və təbiətdən istifadə üzrə 
ixtisaslaşan mütəxəssislər də yiyələnməlidirlər.  
Bazar iqtisadiyyatı şəraitində istehsal sahələri-
nin  inkişafında,  cəmiyyətin  istehlak  məhsullarına 
olan  tələbatın  ödənilməsində  təbiətdən  səmərəli  isti-
fadə  olunması  mühüm  iqtisadi  əhəmiyyət  kəsb  edir. 
Təbii resursların istehsal dövriyyəsinə cəlb olunması 
ərazinin əmək ehtiyatlarının zənginliyindən və isteh-
sal vasitələrinin inkişaf səviyyəsindən asılı olaraq da-
ha  da  intensivləşir.  Cəmiyyətin  ayrı-ayrı  inkişaf 
dövrlərində  istehsal  vasitələrinin  inkişaf  səviyyəsin-
dən asılı olaraq təbii resurslara təsir dairəsi bir-birin-
dən kəskin şəkildə fərqli olmuşdur. Son illərdə elmi-
texniki  tərəqqinin  inkişafı  təbii  resurslara  təsir 
dairəsini daha da intensivləşdirmişdir.  
Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı 
əlaqələrinin  inkişafı  mərhələsində  çoxsaylı  ekoloji 
problemiərin  həlli  üçün  əsas  baza  bütövlükdə,  iqti-
sadiyyatın  tarazlı  inkişafı,  onun  ekolojiləşdirilməsi 
downloaded from KitabYurdu.org


 
və səmərəli idarə olunmasıdır. Bununla əlaqədar son 
dövrdə  ―Təbiətdən  istifadənin  iqtisadiyyatı‖  fənni 
formalaşmış və bu sahəyə təiəb artmaqdadır. Bu yeni 
fənnin  yaradılmasında  əsas  məqsəd  iqtisadiyyatın 
təbiətə  təsirini  hərtərəfli  öyrənmək  və  təbiətdən  sə-
mərəli istifadənin əsas istiqamətlərini müəyyənləşdir-
məklə  ekoloji  tarazlığın  saxlanması  yollarını  müəy-
yən etməkdən ibarətdir.  
Kursun  tədrisində  tələbələr  təbiət  və  cəmiyyət 
hadisələrinin ümumi qanunauyğunluqları, istehsal sa-
hələrinin  formalaşmasında  təbii  şərait  və  resursların 
iqtisadi  problemlərinə  dair  iqtisadi  biliklərə  yiyələ-
nirlər. Eyni zamanda yer kürəsində və onun ayrı-ayrı 
regionlarında  təbii  resursların  yerləşdirilməsi  qanu-
nauyğunluqları,  təbii  resursların  təsnifatı,  parametr-
ləri,  müxtəlif  istehsal  sahələrinin  inkişafında  iqtisadi 
qiymətləndirilməsi  əsaslandırılır.  Təbii  resurslardan 
istifadə zamanı iqtisädi tarazlı inkişafın gözlənilməsi, 
ərzaq təminatının təhlükəsizliyi, təbiətdən istifadənin 
hüquqi  əsasları,  qlobal  istiqamətləri,  enerji  resursla-
rının  iqtisadi  potensialı  ön  plana  çəkilmişdir.  Eyni 
zamanda  bioloji  resursların  iqtisadi  qiymətləndiril-
məsi,  təbiətdən  istifadənin  ekoioji  mahiyyəti,  təbii 
resursların istifadəsi zamanı təbii mühitin mühafizəsi 
downloaded from KitabYurdu.org


 
sahəsində  beynəlxalq  əməkdaşlığın  inkişafı  kursun 
əsas məqsəd və vəzifələrindən hesab olunur.  
Dərs  vəsaiti  ―Təbiətdən  istifadənin  iqtisadiy-
yatı‖ fənninin proqramına müvafiq olmaqla aqrar iq-
tisadiyyat,  ətraf    mühit  ,  təbiəti  mühafizə  və  eko-
logiya (coğrafi ekologiya, ümumi ekologiya və s.) ix-
tisası  üzrə  təhsil  alan  tələbələr  üçün  nəzərdə  tutul-
muşdur. 
Təbiətdən  istifadənin  iqtisadiyyatına  dair  ya-
zılmiş  dərs  vəsaitindən  ali  məktəblərin  iqtisad  yö-
nümlü  bakalavr  pilləsində  oxuyan  tələbələr,  magist-
rantlar,  aspirantlar,  təbiətin  mühafizəsi  sahəsində 
çalışan mütəxəsislər də istifadə edə bilərlər. 
Bu dərs vəsaitində yuxarıda adı çəkilən sahələr 
üzrə  geniş  məlumat  verilməsə  də,  təbiətdən  istifa-
dənin  iqtisadiyyatı  və  ekoloji  məsələləri  ətrafında 
ümumi  nəzəri,  metodoloji  və  elmi-metodiki  məsə-
lələr əhatə olunmuşdur. 
Qeyd  etməliyik  ki,  təbiətdən  istifadənin  iqti-
sadi  və  ekoloji  əsasları  hüquqi  əsaslara  da  malikdir. 
Hüquqi əsaslar təbiətdən istifadə məsələsində xüsusi 
yer  tutmaqla  təbiətdən  istifadə  sahəsində  iqtisadi  və 
ekoloji biliklərin geniş təhlilinə ehtiyac yaradır. 
Kitabda təbiətdən istifadənin iqtisadi və ekolo-
ji əsasları ilə bağlı bir çox məsələlər təhlil edilmişdir: 
downloaded from KitabYurdu.org

10 
 
tarazlı  inkişaf  konsepsiyasının  təbiətdən  istifadənin 
tədqiqində yeri; ekoloji-iqtisadi tələblər və bu sahədə 
qanunauyğunluqlar; bazar münasibətlərinin təbiətdən 
istifadədə  yeri  və  əhəmiyyəti;  təbii  ehtiyatların  qiy-
mətləndirilməsi;  proqnozlaşdırılması  və  planlaşdırıl-
ması;  ekoloji  və  iqtisadi  dəyərlərin  qiymətləndiril-
məsi;  çirkləndirməyə  görə  ödəmələr;  maliyyələşdir-
mə və ekoloji sahibkarlıq; təbiətdən istifadənin idarə 
edilməsi və s. 
Dərs  vəsaitində  təhlil  edilən  mövzular,  ayrı-
ayrı məsələlər fənlərarası mahiyyət kəsb edir. 
Dərs vəsaitində müvafiq qüsurlara  da rast gəl-
mək olar. Kitab haqqında öz təklif və mülahizələrini 
nəşriyyat  ünvanına  göndərəcək  oxuculara  müəllif 
qabaqcadan öz minnətdarlıgını bildirir.   
 
 
downloaded from KitabYurdu.org

11 
 
 
 
I FƏSİL 
 
TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİYYATI 
FƏNNİNİN NƏZƏRİ ƏSASLARI 
 
1.1.
 
Təbiətdən  istifadənin  iqtisadiyyatı 
fənninin tarixi və mahiyyəti  
 
Azərbaycan  dövləti  daima  təbiətin  mühafizə-
sinə,  onun  sərvətlərinin  düzgün  istifadə  edilməsinə 
dövlət  əhəmiyyətli  bir  məsələ  kimi  yanaşır  və  ona 
qayğı  göstərir.  İstehsal  qüvvələrinin  inkişafının, 
müasir  miqyası  və  sürəti  (tempi),  ətraf  mühitin  mü-
hafizəsi  və  təbii  sərvətlərdən  düzgün  istifadə  olun-
ması  məsələlərinə  daha  ciddi  yanaşmağı  tələb  edir. 
Bu  məsələ  çox  böyük  iqtisadi  və  sosial  əhəmiyyət 
kəsb  edir.  Çünki,  söhbət,  insanların  sağlamlığının 
qorunmasından  və  müstəqil  ölkəmizin  milli  sərvət-
lərinin rasional istifadə olunmasından gedir. Bunlarla 
yanaşı,  bu  məsələ  insanlığın,  gələcək  nəslin  taleyini 
həll  edir.  Deməli,  bu  problemə  kompleks  surətdə, 
ümumdövlət mövqeyindən yanaşmaqla, ətraf mühitin 
vəziyyətini qətiyyətlə yaxşılaşdırmalı və bu işə nəza-
rət  gücləndirilməlidir.  Bu  məsələlərin  kəskinliyi  bir 
də  onunla  izah  edilir  ki,  indiyə  kimi  istehsalat 
sahəsində  təbiətdən  istifadə  prosesləri  idarəetmə 
sistemində müstəqil bir ünsür kimi çıxış etməmişdir. 
Bəzən  istehsalatın  inkşafı  məsələləri  həll  edilərkən, 
downloaded from KitabYurdu.org

12 
 
onun ətraf mühitə göstərəcəyi mənfi təsir nəzərə alın-
mamış  və  nəticədə  təbiətin    tarazlığı  pozulmuşdur. 
Biosferin tədrici inkişafına (təkamülünə), antropogen  
mühitin  qorunmasının  səmərəlil  planlaşdırmanın, 
iqtisadi  və  texnoloji  proseslərin  idarəedilməsinin 
optimal prinsiplərinin yeni, daha müasir formalarının 
yaradılmasını tövsiyə etmişdir ki, bu da öz növbəsidə 
biosferin  yüksək  səviyyədə  saxlanmasını  və  təbiətin 
tarazlığının  (müvazinətinin)  pozulması  hallarına  im-
kan  verilməsinə  gətirib  çıxarmalıdır.  Nəticədə,  tor-
paqların, meşələrin, sərvətlərin eroziyaya uğramasına 
və  təbii  mühitin  çirklənməsinə  qarşı  mübarizə  təd-
birlərinin,  bitki  və  heyvanat  aləminin  saxlanması  və 
yenilərinin  inkişaf  etdirilməsi  məqsədilə  sistematik 
dövlət nəzarətinin təşkili nəzərdə tutulmuşdur. Təbiə-
tin  mühafizəsinin  sosial  iqtisadi  məsələlərinin  və 
təbii  sərvətlərin  səmərəli  istifadəsinin  və  yenidən 
yaradılmasının  müvəffəqiyyətli  həlli,  ətraf  mühitin 
mühafizəsi  ətrafında  elmi-  texniki  və  texnoloji 
məsələlərin həlli ilə birbaşa əlaqədardır. 
Ətraf mühitə atılan təcavüz (aqressiv) qarışıq-
ların  yol  verilə  bilən  həddinin  müəyyən  edilməsinin 
səmərəli  iqtisadi təsiri, xalq  təsərrüfat sahələrinin  və 
müəssisələrinin  gəlirlərindən  çıxılan  qazancla 
müəyyən edilir.  
Təbiətdən istifadənin iqtisadiyyatı, öz daxili və 
xarici  tərkibinə  görə  kompleks  və  çoxcəhətli  prob-
lemlə üzləşir. Ona görə də bu problem etaplarla həll 
olunmalıdır.  Çirkləndiricilərin  vurduğu  ziyanı  əv-
downloaded from KitabYurdu.org

13 
 
vəlcə  onların  insanlara  gətirdiyi  xəstəliklərlə  yarat-
dıqları  sosisal  və  iqtisadi  çətinliklərlə  müəyyən  et-
mək  lazımdır.  İnsanlarda  xəstəliklərin  çoxalması  ilk 
növbədə  nəfəs  yollarının,  ciyərlərin,  ürək  xəstələn-
məsi və s. buna misal ola bilər. İnsanların iş və yaşa-
yış  yerlərinin  rahat  olmamasında  (səs  küylü,  qazlı, 
tüstülü, tozlu, və s.) müxtəlif xəstəliklərin artmasına 
gətirib çıxarır. 
Qeyd  etmək  lazımdır  ki,  müxtəlif  müəssisə-
lərdə  dəyən  ziyanlarıın  ləğv  edilməsinə  (təmizlənmə 
işləri və s.) xeyli vəsait cəlb etmək lazım gəlir. Buna 
görə də müəssisə rəhbərləri, hətta cərimə ödəməyi bu 
məsələnin  həllindən  daha  üstün  tuturlar.  Çünki,  bu 
işlərin  yerinə  yetirilməsi  maya  dəyərinin  yüksəlmə-
sinə səbəb     olar. Ona  görə  də  elə  iqtisadi  hədd tap-
maq lazımdır  ki, onun həyata keçirilməsi   müəssisə 
rəhbərlərinin də marağına səbəb olsun və onlar təbiə-
tin mühafizəsinə həvəslə girişsinlər.         
Təbiətdən  istifadənin  iqtisadiyyatı  elmi  "cə-
miyyət-təbiət"  sisteminin  dialektikası  əsasında  for-
malaşmış  və  inkişaf  etmişdir.  Ümumiyyətlə,  bu  sis-
temin  inkişafına  cəmiyyət  və  təbiətşünaslıq  ideyala-
rının  vəhdətinə  əsaslanan  ideya  mənbələrinin  təsiri 
nəticəsində təbiətdən istifadənin iqtisadiyyatı elminin 
mənbələri  yaranmışdır.  Təbiətdən  istifadə  genişlən-
dikcə  müxtəlif  tarixi  cəmiyyətlərdə  elmi  ideyalara 
əsaslanan  mütərəqqi  fıkirlər  yaranmağa  başlanır. 
Amerikalı alim Corc Marşın 1864-cü ildə  ―İnsan və 
təbiət‖ adlı kitabı dərc olundu. Bu əsərdə insanın tə-
downloaded from KitabYurdu.org

14 
 
biətə  mənfı  təsiri  nəticəsində  təbiətdə  müvazinətin 
pozulması  qeyd  olunurdu.  1872-ci  ildə  dünyada  ilk 
dəfə  İello-Uston  milli  parkı  yaradıldı.  1910-cu  ildə 
təbii resurslardan istifadə zamanı təbiətin mühafizəsi 
ilə  əlaqəli  olaraq  Cenevrədə  Təbiəti  Mühafizə  Cə-
miyyəti  təsis  edilir.  Təbiətdən  səmərəli  istifadə 
etmək  məqsədilə 1918-ci  ildə  ―Ov  haqqında‖, 1919-
cu  ildə  ―Meşələr  haqqında‖,  1930-cu  ildə  ―Təbii 
sərvətlərin  mühafızəsi və inkişafı haqqında‖ qərarlar 
qəbul  olunur.  Həmin  elmi  ideyalar  yalnız  sadə  for-
mada  təbii  resurslardan  istifadə  etməklə  kifayətlən-
məyib, təbii resursların əmələ gəlməsi qanunauyğun-
luqlarını, ərazi üzrə yerləşməsi prinsiplərini müəyyə-
nəşdirməyə  və  təbiətin  mühafizəsinə  səy  göstərmiş-
dir.  Təbiətdən  istifadə  haqqında  müxtəlif  elm  adam-
ları  tərəfindən  müəyyən  fıkirlər  irəli  sürülmüşdür. 
K.Linney  təbiətə  qənaət  etmək  və  təbiətin  iqtisadiy-
yatı  ideyasını  irəli  sürmüşdür.  İsveç  alimi  K.Linney 
(1707-1778)  təbii  sərvətləri  3  qrupa  bölmüşdür:  mi-
nerallar, bitkilər və heyvanlar aləmi. Müasir elmi ba-
xımdan təbii ehtiyatlar real elementar (sadə), komp-
leks kimi qruplaşdırılırlar. 
Real  ehtiyatlar  cəmiyyətin  müəyyən  inkişaf 
mərhələsində  insanı  əmək  və  istehsal  proseslərinə 
cəlbedən  sərvətlərdir.  Məsələn,  qaz,  kömür,  neft, 
elektrik  enerjisi,vəhşi  heyvanlarm  ovu,  kosmosdan 
istifadə və s. daxildir.  
Elementar sərvətlər qrupuna isə tərkibi çox da 
mürəkkəb  olmayan,  oksigen,  azot,  günəş  enerjisi  və 
downloaded from KitabYurdu.org

15 
 
s. daxildir. Kompleks  sərvətlərə isə  atmosfer havası, 
su, daş kömür, müxtəlif filizlər və s. daxil edilir.  
İqtisadçılar  təbii  resurslarla  əlaqədar  olaraq 
onları  hərəkətə  gətirən  və  maddi  nemətlər  istehsal 
edən işçi qüvvəsini və istehsal vasitələrini əsas götü-
rürlər.  Eyni  zamanda  tarixən  resurslardan  istifadə 
zamanı  insanlar  arasında  istehsal  münasibətlərinin 
xarakterini,  onların  əməyinin  məhsuldarlığını,  isteh-
salın maya dəyərini və onun tərkibini, bölgü münasi-
bətlərini  və  istehsal  prosesində  iqtisadi  münasibətlə-
rin yarandığı və s. xüsusiyyətləri müəyyənləşdirməyə 
çalışmışlar.  İqtisadçı  klassiklər  insan  fəaliyyəti  nəti-
cəsində yaranan bütün kateqoriyaları sərvət mənbələ-
ri hesab edirlər. Lakin təbiətdən istifadənin iqtisadiy-
yatı  baxımından  təbii  resurslar  mənbəyi  dedikdə 
istehsalın inkişafına təsir göstərən: torpaq, su, filiz və 
qeyri-filiz təbii sərvətləri və s. nəzərdə tutulur. Lakin 
iqtisadi  coğrafı  baxımdan  təbiətdən  istifadəyə  yana-
şan mütəxəssislərin fikrincə təbiətdən istifadə prose-
sində  təbii  resursların  mühitdən  asılı  olaraq  coğrafı 
yerləşməsi,  istehsalın  ərazi  üzrə  düzgün  yerləşməsi, 
hansı təbii şərait və təbii ehtiyatlardan istehsal məq-
sədləri  üçün  istifadə  edilə  bilməsi,  təbii  resurslardan 
istifadə məqsədilə insanların ərazi üzrə düzgün məs-
kunlaşması  və  onların  təsərrüfat  fəaliyyəti,  əməyin 
hansı  formada  məhsuldar  qüvvələrlə  əlaqələndiril-
məsi məsələlərini ön plana çəkirlər. A.A.Mints qeyd 
edir  ki,  təbii  ehtiyatların  maddi  tərkibi  tarixən  nisbi 
olmaqla cəmiyyətin nail olduğu istehsal vasitələrinin 
downloaded from KitabYurdu.org

16 
 
inkişaf  səviyyəsindən  və  cəmiyətin  təbiət  haqqinda 
elmi biliyindən asılıdır. 
Onun fıkrincə, təbii resurslar istifadə baxımın-
dan iki qrupa ayrılır: 
1.
 
İnsanların  yaranması  üçün  labüd  olan  təbii 
varlıqlar;  
2.
 
Əmək vasitəsi olan təbii varlıqlar. 
Birinciyə su, hava, enerji, istehlak  materialları 
daxil  edilir.  İkinciyə  isə  istehsal  prosesi  üçün  lazım 
olan resurslar nəzərdə tutulur. Müasir mərhələdə təbii 
resurslardan istifadə üçün yeni texnologiyaların yara-
dılması cəmiyyətin tələbatına uyğun məhsullar isteh-
salının həyata keçirilməsinə əlverişli şərait yaratmış-
dır.   
Təbiətdən  istifadənin  iqtisadiyyatına  aid  məs-
lələri  öyrənərkən  respublikamızın  hörmətli  iqtisadçı-
ları  Ə.A.Mahmudov,  Z.Ə.Səmədzadə,  T.S.Vəliyev, 
A.G.Ələsgərov, 
N.Ə.Nəbiyev, 
Ş.Ə.Səmədzadə, 
Ə.Q.Əlirzayev, 
M.M.Sadıqov, 
M.C.Hüseynov, 
S.V.Salahov, 
M.X.Meybullayev, 
İ.V.Əhmədov, 
A.F.Abbasov, 
İ.A.Kərimov, 
K.A.Şahbazov, 
Z..S.Məmmədov,  Ş.Y.Göyçaylı,  T.Ə.İsmayılovun 
əsərlərinə müraciət edilmişdir 
  
 
 
 
 
 
downloaded from KitabYurdu.org

17 
 
1.2.
 
Təbiətdən  istifadənin  iqtisadiyyatı 
fənninin 
predmeti, 
məqsəd 
və 
vəzifələri. 
 
Təbiətdən  istifadənin  iqtisadiyyatı  elmi  təbiət 
və  cəmiyyət  sistemlərinin  ümumi  qanunauyğunluq-
larını öyrənir. Bu səbəbdən də bu elmin tədqiqat ob-
yekti "təbiət-cəmiyyət" sistemində baş verən ictimai, 
iqtisadi və ekoloji qanunauyğunluqların vəhdətidir. 
Təbətdən  istifadənin  iqtisadiyyatı  fənninin 
predmeti  insanların  təsərrüfat  fəaliyyətində  mühüm 
əhəmiyyət  kəsb  edən  təbii  resursların  hasilatı,  emalı 
və  istehsal  prosesində  yaranan  iqtisadi  münasibət-
lərin məcmusudur. 
Təbiət  təbii-tarixi  proseslər  və  qanunauyğun-
luqlar əsasında yaranmış və inkişaf etmişdir. Təbiətin 
özündən kənar heç bir ilkin yaradıcısı yoxdur. O öz-
özünə yaranmış, inkişaf etmişdir. 
Təbiətdən  istifadənin  iqtisadiyyatı  fənninin 
əsas  məqsədi  təbii  sərvətlərdən  səmərəli  istifadə 
olunmaqla  ictimai  istehalın  dinamik  inkişafına  nail 
olmaqdır. Bu məqsədə çatmaq üçün məhsuldar qüv-
vələrin  təbii  sərvət  mənbələrinə  yaxınlaşdırılması; 
istehsalın ərazi üzrə təşkilində təbii resursların poten-
sial  imkanlarının  nəzərə  alınması;  təbii  resursların 
istehsalında  elmi  proqnozlara  əsaslanmaq;  təbii  sər-
vətlərdən  istifadədə  ərazinin  təbii-iqtisadi  şəraitinin 
nəzərə alınması; təbii resursların istifadəsində müasir 
texnologiyalardan  istifadə  olunması  əsas  şərtlərdən 
downloaded from KitabYurdu.org

18 
 
hesab olunur. 
Bu  elmin  əsas  vəzifəsi  təbiətdən  səmərəli 
istifadə  etməklə  cəmiyyətin  maddi  resurslara  olan 
tələbatını ödəməklə yanaşı, təbiətlə cəmiyyətin qarşı-
lıqlı  əlaqəsini  təmin  etməkdən  ibarətdir.  Həmçinin 
o,təbii  resursların  kəmiyyət  və  keyfiyyət  göstəricilə-
rindən  asılı  olaraq  iqtisadi  cəhətdən  qiymətləndiril-
məsini  müəyyənləşdirir.  Təbiətin  elmi  əhəmiyyətinə 
gəldikdə  qeyd  olunmalıdır  ki,  həyatın  inkişaf  qanu-
nauyğunluqları  müxtəlif  proseslərin  və  təbii  ha-
disələrin  dərk  olunması,  təbii  obyektlərin  müşahidə-
si; öyrənilməsi, təhlili və sintezi nəticəsində mümkün 
olur. 
İnsanla  təbiətin  qarşılıqlı  əlaqəsinin  təhlili 
ictimai elm sahələrinin ilk növbədə fəlsəfə elmlərinin 
inkişafını sürətləndirir. İnsanın təbiətə münasibətinin 
obyektiv  qiymətləndirilməsinin  elmi  əsasını  təbiətin 
dialektikası təşkil edir. 
Təbiət bütün elmlərin və biliklərin mənbəyidir. 
İnsan öz şüuru ilə təbiəti öyrənərkən obyektiv qanun-
ları kəşf edir və bu qanunlara əsasən təbii qüvvələri 
və prosesləri cəmiyyətin istifadəsinə verir.  
Təbiətdən  istifadənin  əsas  vəzifələrindən  biri 
istehsal  vasitələrini  təkmilləşdirməklə  təbii  resursla-
rın istifadə xüsusiyyətləri, istifadə dərəcəsi və effek-
tivliyini  müəyyənləşdirməkdir.  İkinci  tərəf  isə  təbii 
resurslardan istifadə zamanı məhsuldarlığı artırmaqla 
yanaşı  insanın  yaşadığı  mühitin  mühafizəsinə  riayət 
downloaded from KitabYurdu.org

19 
 
olunmasıdır. Hazırda bu məsələ təbiətdən istifadənin 
mühüm qlobal məsələləri kimi qiymətləndirilir. 
 
 



  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə