Zuvand Dövlət Təbiət Yasaqlığı – 1969-cu ilin
iyulunda Lerik və Yardımlı rayonları ərazisində yara-
dılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd
dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s.
heyvanların qorunmasıdır. Sahəsi 15 000 hektardır.
Ərazinin bitki örtüyü çox kasıb olub, quru bozqır
bitkiləri komplekslərindən təşkil olunmuşdur. Əsasən
yabanı dənli və paxlalı-dənli bitki qrupları üstünlük
təşkil edir.
Yasaqlığın ərazisi heyvanlar aləmi ilə çox
zəngin deyil. Burada qayakeçisi, kaftar, çöl donuzu,
dovşan, canavar, tülkü və s. heyvanlar yayılmışdır.