İsmayıllı Dövlət Təbiət Yasaqlığı – 1969-cu
ilin iyulunda yaradılmışdır. Əsasən İsmayıllı, qismən
də Qəbələ rayonlarının ərazisində yerləşir. Əvvəl
ərazisi 34400 hektar olmuş, müvafiq dövlət qərarı
əsasında isə 23438 hektara qədər azaldılmışdır.
Yasaqlığın yaradılmasında əsas məqsəd bura-
da məskunlaşmış heyvanların qorunması və sayının
artırılmasıdır. Bitki örtüyü alp və subalp dağ-çəmən
və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahə-
lər əsasən vələs, fısdıq və palıd meşələrindən ibarət-
dir. Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ,
həm də say etibarilə çox zəngindir. Burada quşlardan
kəklik, bildirçin, turac, alabaxta, ular, məməlilərdən
canavar, vaşaq, meşə pişiyi, yenot, çaqqal, dələ,
dovşan məskunlaşmışdır.