Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 1,65 Mb.
səhifə35/114
tarix28.12.2021
ölçüsü1,65 Mb.
#10633
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   114
                        


 

66 


BRADİLALİYA 

 

Bradilaliya  (yunan  sözüdür,  bradys-zəif,  laliya  –nitq  deməkdir) 



patoloji  zəiflədilmiĢ  nitq  tempidir.  Nitq  tempinin  pozulmalarına  aiddir. 

Bradifraziya, Bradiartriya, bradilogiya.  

Bradilaliya  ayrıca  nitq  tempinin  pozulması  ola  bilər,  eyni 

zamanda  bir  çox  psixi  xəstəliklərdə  müĢahidə  olunur:  oliqofreniya, 

distrofik  və  orqanik  zədələnmələrdə  baĢ  beynin  zədələnməsi  və 

ĢiĢlərində daha çox olur. Adətən bu xəstəlik fleqmatiklərdə, ləng hərəkət 

edən  Ģəxslərdə  olur.  Bradilaliya  Ģimal  ölkələri  sakinlərində  ləng  nitq 

tempi xas olanlarla eyni ola bilər. Etiologiyası: irsilik, ekzogen faktorlar 

(intoksikasiya), psixoloji səbəblər (tərbiyə, bənzətmə və s.) 

Patogenez: oyanma, qıcıqlanma proseslərinə üstün gələn ləngimə 

prosesinin  patoloji  güclənməsi,  simptomlar:  xarici  və  daxili  nitqin 

zəiflədilməsi, oxu və yazı proseslərinin ləngidilməsi (bradileksiya) səsin 

monotonluğu,  sözlər  arasındakı  fasilələrin  uzadılması,  səslərin  uzun 

tələffüz edilməsi.  

Qeyri-nitq  simptomlar:  ümumi  motorika  pozuntuları,  əl, 

barmaqlar,  sifətin  mimik  əzələlərinin  hərəkətində  əks  olunur.  Ümumən 

hərəkətlər  çox  ləng  olur,  sifət  mimikasız.  Bradilaliyanın  yüngül 

formasında  nitq  və  qeyri-nitq  simptomları  uĢaqlar  tərəfindən  hiss 

olunmur.  Ağır  formalarında  nitqin  pozulması  və  onunla  bağlı  psixoloji 

sarsıntılar dərk olunur.  

Bradilaliyalı  uĢaqların  erkən  yaĢlarında  qüsurları  aradan 

qaldırılarsa  sonrakı  nitqin  formalaĢmasına  mənfi  təsiri  istisna  edir, 

həmçinin kəkələmənin profilaktikasına kömək edir.  

Bradilaliya müxtəlif dərəcədə özünü büruzə verir. Onun yüngül və 

orta  dərəcələri  uĢağı  az  narahat  edir.  Ağır  dərəcəsində  isə  ünsiyyət 

prosesi  pozulur  və  nitq  tempi  pozulmaları  pataloji  kimi  müəyyənləĢir. 

Bu nitq pozulmalarında korreksiya metodları da müxtəlif olur.      

Bradilaliya  nitq  tempi  və  ritminin  pozulmasının  öyrənilməsi 

tarixində  somatik,  nevroloji  yaxud  psixi  xəstəlik  sindromunda  təsvir 

edilib.  Hələ  XIX  əsrin  sonundan  L.H.Florenskaya  (1934),  D.Veys 

(1950), M.Zeyeman (1962), M.Xvatsev (1959), irsiliyi, ekzogen amilləri 

(intoksikasiya, astenizasiya), psixoloji səbəbləri (tərbiyə, bənzətmə və s. 

A.Zibmanın  1900,  A.Qutsman  1900,  M.Nadoleçnı  1926,  E.Fresels 

1936) nitq tempinə təsir etdiklərini tədqiq etmiĢlər.  

Bir  sıra  müəlliflərin  fikrincə  bradilaliyanın  patoge-nezində 

oyanma  prosesinin  üstün  olan  tormozlanma  prosesinin  patoloji 




 

67 


güclənməsi  (M.Y.Xvatsev,  Y.A.Flo-renskaya,  B.S.Koçergina),  mərkəzi 

motor pozulmaları (M.Zeyeman), həmçinin kortikal oyanmanın düzgün 

getməməsi (A.Kustmail) böyük əhəmiyyətə malikdir.  

Bradilaliya  ayrıca  nitq  tempinin  pozulması  olduğu  kimi,  bir  sıra 

psixi  xəstəliklərin  klinikasında  da  müĢahidə  oluna  bilər:  oliqofreniya, 

distrofiya,  mərkəzi  sinir  sistemi  xəstəliklərində,  travma,  baĢ  beynin 

ĢiĢində ola bilər.  

Onun  nitq  simptomatikası  müxtəlifdir:  daxili  və  xarici  nitqin 

ləngidilməsi, oxu və yazı zəifliyi. 

 Səslər  və  sözlər  bir-birini  tez-tez  dəyiĢir  və  adi  hallarda 

olduğundan  fərqlənir,  hecalar  qısa  fasilələrlə  ayrılır.  Səslərin 

artikulyasiyası  dəyiĢə  bilər,  lakin  heca  və  sözlərin  koordinasiyası 

pozulmur. Temp və tembrdə dəyiĢiklik müĢahidə olunur.                                   

 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin