68
TAXİLALİYA
Taxilaliya (yunan sözündən tachus –tez və lalio-nitq) – patoloji
sürətləndirilmiĢ nitq tempidir. Nitq tempi pozulmalarına aiddir.
Taxifraziya kimi sinonimi var. Xəstəliyin yaranma səbəbləri: mərkəzi
nitq
mexanizminin
pozulması, irsilik, qavramanın pozulması,
artikulyasiyanın kifayət qədər olmaması. Xəstəlik prosesində oyanma
prosesinin üstünlüyünə görə daxili və xarici nitq tempinin pozulması
müĢahidə olunur. Simptomları: fonetik, leksik və qrammatik quruluĢda
heç bir təhriflər olmadan sürətli nitq tempi (saniyədə 10-12 səs əvəzinə
20-30 səs)müĢahidə edilir. Qeyri-nitq simptomları: ümumi motorikanın,
sinir sisteminin, psixi proseslərin dəyiĢməsi və pozulması. Taxilaliyalı
insanlarda ümumi hərəkət tempi pozulur: hərəkətlər tez olur,
hiperaktivlik özünü büruzə verir. UĢaqlar yataqda çox narahatçılıq
keçirir.
Beləliklə, taxilaliya-digər pozğunluğu olmadan sürətli nitqdir.
Onların iki forması xüsusilə qeyd olunur: Battarizm və poltern.
Taxilaliya və onun qeyd etdiyimiz formaları kəkələmə ilə müqayisə
oluna bilər, lakin bu müxtəlif nitq pozuntularıdır.
Battarizm (yunan sözündən əmələ gəlib-battarizmos-kəkələmə) –
cümlələrin düzgün qurulmaması, sözlərin dəqiq tələffüz edilməməsi,
axıra kimi deyilməməsi ilə müĢahidə olunan patoloji sürətli nitq
tempidir. Ona yaxın parafraziyadır. Onun yaranma səbəbləri: vərdiĢ
halları, diqqətin pozulması, danıĢmaq istəyi ilə nitq hərəkəti imkanları
arasındakı uyğunsuzluq, beyində baĢ verən dəyiĢikliklər. Xəstəlik
prosesində sözlərin, hecaların ötürülməsi və yerlərinin dəyiĢdirilməsi,
nitqin məntiqsiz söylənilməsi, onun xaotikliyi, saitlərin uzadılması,
sözlərin seçilməsindəki çətinlik, nitqin ümumən təĢkilindəki çətinlliklər
müĢahidə olunur. Fizioloji iterasiyalar (iteracio-latın sözü olub,
təkrardır). UĢaqların məktəbəqədərki dövründə eĢitmə və nitq hərəkəti
analizatorların formalaĢmaması ilə Ģərtləndirilən bəzi və hecaların təkrar
edilməsi özünü göstərir. Eyni zamanda dayanma və təkrarlar. ġifahi
nitqin temp və ritm pozuntularına aiddir. Bu cür hallar uĢaqlarda nitqin
formalaĢması dövründə büruzə verir və 4-5 yaĢına tam aradan qaldırılır.
UĢaq nitqindəki trezasiyalar baĢ beyin qabığında söz və söz
birləĢmələrinin eĢidilməsinin möhkəmlənməsi nəticəsində yox olan təbii
qanunauyğun haldır. Lakin uĢağın sinir zəifliyində digər əlveriĢsiz
amillər zamanı fizioloji iterasiyalar kəkələməyə çevrilə bilər.
69
Poltern (dilin dolaĢması)-fasiləli nitq tempi ilə səciyyələnən
patoloji sürətli nitqdir. Yaranma səbəbləri: anadangəlmə inkiĢaf
anomaliyaları. Poltern zamanı nitq eyni vaxtda səthi və abstrakt səciyyə
daĢıyır, mənaca aydın deyil, artikulyasiyasında pozulmalar müĢahidə
olunur. Burada daxili təfəkkürdə qarĢılığı əks etdirən sintaktik
pozğunluq və aqramatizmin elementləri aĢkar olunur.
Poltern bir neçə qrupa ayrılır:
I qrup-hərəkəti pozğunluqlu, simptomları. Sürətli nitq və nitq
səslərinin artikulyasiyasındakı əyintilər;
II qrup – sensor pozğunluqlarla, simptomlar lazımi sözlərin
tapılmasındakı çətinliklər, eĢitmə diqqətinin pozulması;
III
qrup
–lazımi lüğət ehtiyatına baxmayaraq nitqin
formalaĢdırılmasındakı çətinliklər;
IV qrup – sözlərin seçilməsində və yaxud ümumi nitqin
formalaĢdırılmasında daima çətinlikləri əks etdirən, ayrı-ayrı saitlərin
uzadılması ilə kəsiĢən dilin dolaĢması.