Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 1,65 Mb.
səhifə45/114
tarix28.12.2021
ölçüsü1,65 Mb.
#10633
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   114
 

 

2.Fonemlərin tanınmasının pozulmasına 

 əsaslanan disqrafiya. 

Ənənəvi  terminologiyaya  görə  bu  akustik  disqrafiya  kimi  də 

tədqiq edilir.  

Bu  qüsur  fonemlərin  differensiasiyasına  əsaslanır  və  özünü 

fonetik cəhətdən yaxın səslərə uyğun hərflərin əvəzlənməsində göstərir. 

Lakin  Ģifahi  nitqdə  həmin  səslər  düzgün  tələffüz  olunur.  Tez-tez  əvəz 

edilən  həfrlər  aĢağıdakı  səslərə  uyğundur:  fitli  və  fıĢıltılı  (z-s,  j-Ģ,  v-f) 

kar və cingiltili (t-d; k-q; q-ğ; b-p;  və s.) afrikatlar (c-ç). 

Disqrafiyanın  bu  növünün  mexanizmləri  barədə  müxtəlif  fikirlər 

mövcuddur.  

Ġ.A.Ximnyaya,  E.F.Sabotoviç,  L.V.Çistoviç  və  baĢqaları 

fonemlərin  tanılması  zamanı  bir  neçə  əməliyyatın  icra  olunduğunu 

göstərirlər: 

1.Qavrama zamanı nitqin eĢitmə ilə təhlili aparılır. 

2.Akustik  surətlər  proprioseptiv  təhlil  və  mühafizə  olunmuĢ 

kinestetik  təsəvvür  və  qavrama  ilə  təmin  olunmuĢ  artikulyator  prosesə 

keçirilir. 

3.EĢitmə  və  kinestetik  surətlər  lazımi  qərarı  qəbul  edənədək 

müəyyən müddətdə saxlanılır. 

4.Səs  fonemlə  uyğunlaĢır  və  fonemin  seçilməsi  əməliyyatı  baĢ 

verir. 

5.EĢitmə  və  kinestetik  nəzarət  əsasında  nümunə  ilə  fərqləndirmə 

baĢlanır, sonra isə qərar qəbul edilir.  

Yazı  prosesində  bu  əməliyyatların  həyata  keçirilməsi 

mürəkkəbləĢir  və  fonem  müəyyən  hərflərin  görmə  surətləri  ilə 

uyğunlaĢır.  Digər  tədqiqatçılar  belə  hesab  edirlər  ki,  fonetik  cəhətdən 

yaxın  səsləri  göstərən  fonemlərin  əvəzlənməsinin  əsasında  eĢitmə  ilə 



 

123 


qavramanın  qeyri-dəqiqliyi,  eĢitmə  ilə  səslərin  düzgün  differensiya 

edilməsi durur.  

Düzgün  yazı  üçün  Ģifahi  nitqdən  fərqli  olaraq  səslərin  eĢitmə  ilə 

daha  zərif,  incə  differensiyası  tələb  olunur.  ġifahi  nitqdə  eĢitmə  ilə 

differensiyasının kiçik qeyri-dəqiqliyi nitq təcrübəsində möhkəmlənmiĢ 

motor  steroetiplər  hesabına,  sinestetik  surətlər  vasitəsi  ilə  aradan 

qaldırılır.  Yazı  prosesində  isə  fonemlərin  düzgün  seçilməsi  və 

fərqləndirilməsi üçün səsin bütün akustik əlamətlərinin incə təhlili lazım 

gəlir. Digər tərəfdən yazı prosesində səslərin differensiyası, fonemlərin 

seçilməsi,  eĢitmə  surətləri  və  təsəvvürlərinin  iz  buraxma  fəaliyyəti 

əsasında həyata keçirilir.  

Beləliklə  də,  düzgün  yazı  vərdiĢi  üçün  fonemlərin  seçilməsi  və 

fərqləndirilməsi  əməliyyatlarının  hamısının  yüksək  səviyyədə  fəaliyyət 

göstərməsi  çox  vacibdir.  Buna  görə  də  bu  həlqələrin  hər  hansı  birinin 

pozulması  (eĢitmə  və  kinestetik  təhlil,  fonemlərin  seçilməsi,  eĢitmə  və 

kinestetik  nəzarət)  özünü  yazıda  hərflərin  əvəzlənməsində  göstərən 

fonemlərin  tanınması  prosesini  bütövlükdə  çətinləĢdirir.  Göstərilənləri 

nəzərə  alaraq  disqrafiyanın  bu  formasının  özünün  bir  neçə  növünü 

müəyyənləĢdirmək olar: akustik, kinestetik və fonematik.  


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin