uğurla keçməsinə mənfi təsir göstərir.
185
Pedaqoqlar ortopedik qüsurlara malik olan fərdlərin göz önündə
olan nəzərə çarpan qüsurlarına adət etməlidirlər. Bu uĢaqlar üçün bir
çox tarixçəsi tərtib edilməlidir ki, buraya da onun nə vaxtdan bu qüsura
malik olması, adı keçən qüsuru hansı Ģəraitdə qazanması, həmçinin
həkim, yaxud terapevtin məsləhət bildiyi iĢlər daxil edilməlidir.
Pedaqoqlar bu fərd üçün nəzərdə tutulan uyğunlaĢdırmanın
səviyəsini bilmək faydalıdır. Diqqət uĢağın yerinə yetirməli olduğu
hərəkət növləri üzərinə yönəldilməlidir. UyğunlaĢdırmanın səviyəsi
qüsurun meydana çıxdığı yaĢ dövrü ilə əlaqədardır: qüsur nə qədər tez
meydana çıxıbsa, uĢaq ona bir o qədər tez uyğunlaĢacaq və
öyrəĢəcəkdir.
Ortopedik qüsura malik olan fərdə kömək etmək üçün vaxtaĢırı
olaraq protezlərdən istifadə olunur. Onlar nə qədər yaxĢı tətbiq edilibsə,
funksionallıq bir o qədər nəzərəçarpan olur və uĢaqlar müvafiq
hərəkətləri icra etməyə müvafiq Ģəkildə öyrəĢirlər.
Ortopedik qüsurları olan fərdlər üçün sinfin uyğunlaĢdırılmasına
aĢağıdakılar daxildir:
Özünənəzarət vərdiĢlərin mənimsənilməsini atrına fəaliyyət
növlərinin inkiĢaf etdirilməsi.
Mühakimə
Fikrin cəmlənməsində çətinlik
TəĢkilati vərdiĢlər
Öyrənmənin bütün elementlərinin təĢkil edilməsində çətinlik.
Tədris çətinlikləri
Öyrənmə qüsurları ən müxtəlif davranıĢ formalarında özünü
göstərdiyi üçün fərdi təlim planı (FTP) diqqətlə hazırlanmalıdır.
Öyrənmə qüsuru olan uĢağın təlim prosesinə cəlb edilməsi üçün
kompeks yanaĢmanın böyük əhəmiyyəti vardır. Bu mənada bütün
müəllimlərin və digər Ģəxslərin sıx Ģəkildə əməkdaĢlıq etməsi öyrənmə
qüsuru olan uĢağın hərtərəfli inkiĢafına Ģərait yaradır.
Müəllimlər bildirirlər ki, öyrənmə qüsuru olan tələbələr üçün
aĢağıdakı strategiyaların tətbiqi səmərəlidir:
Təbələnin potensial gücünə arxalanmaq
Müvafiq quruluĢun yaradılması
Qısa cümlələrdən və sadə sözlükdən istifadə edilməsi
Özünəinam hissinin yaradılmasına kömək etmək üçün müvafiq
atmosferdə uğur qazanmıq imkanlarının yaradılması
186
Sinifdə icra edilən müxtəlif iĢlərin icrası naminə qeyd götürmək
üçün maqnitafonlardan istifadə edilməsi, bu, xüsusən tələbələrin yazılı
dil probleminə malik olduğu zaman xeyirlidir.
Özünənəzarət material və vasitələrindən istifadə olunması, bu
hal heç bir çətinlik töpətmədən səhvin geriyə qayıdılaraq dərhal
düzəldilməsini təmin edir.
Müvafiq sosial vərdiĢlərin möhkəmləndirilməsi
Etiraf edilir ki, öyrənmə qüsurlarına malik olan tələbələrə bu və
ya digər vərdiĢlərin aĢılanması üçün vaxt tələb olunur.
Dostları ilə paylaş: