LOQOPEDİYA HAQQINDA
ÜMUMİ MƏLUMAT
Nitq insanın ən vacib psixi funksiyalarından biridir. Nitqli
ünsiyyət insanlar arasında sosial əlaqələri yaratmaqla yanaĢı, həm də
idrak fəaliyyətinin ali formalarını inkiĢaf etdirir. UĢaq nitqə
yiyələnməklə ətraf aləmin ümumiləĢdirilmiĢ gerçəkliyini qavrayır, öz
təfəkkürünü inkiĢaf etdirmək bacarığına malik olur. Buna görə də
uĢaqda düzgün nitq tərbiyəsi təkcə estetik əhəmiyyət daĢımayıb, həm də
onun Ģəxsiyyət kimi kamilliyi, əqli və psixi inkiĢafı üçün çox gərəklidir.
Nitq və təfəkkür bir-biri ilə arasıkəsilməz əlaqədədir. Nitqin bu və
ya digər dərəcədə pozulması uĢağın həm əqli, həm də psixi inkiĢafında
müəyyən çətinliklər törədir. Düzgün və səlis nitqin olmaması uĢaqları
utancaq, özünə qapanmıĢ, aqressiv edir. Məktəbdə belə uĢaq özünü daha
çox rahat hiss edir. O özü ilə həmyaĢıdları arasındakı fərqi xüsusi
kəskinliklə hiss etdiyindən ünsiyyətə girməkdən, kollektivdə olmaqdan
imtina edir, bu isə öz növbəsində onun ümumi inkiĢafına mənfi təsir
göstərir. Məhz buna görə də ailə, uĢaq müəssisələri və məktəb
qarĢısında duran ən mühüm vəzifələrdən biri uĢaqlarda düzgün və səlis
nitq mədəniyyətinin inkiĢaf etdirilməsidir. Bu vəzifənin uğurla həyata
keçirilməsi defektologiyanın mühüm sahələrindən biri olan loqopediya
elmi ilə sıx əməkdaĢlıq etməklə mümkündür. UĢaqlarda çox rast gəlinən
qüsurlardan biri nitq fəaliyyətinin pozulmasıdır. Buna loqopatiya
deyilir. Loqopatiya loqopediyanın əsas mövzusudur.
Dostları ilə paylaş: |