Qabıqaltı dizartriya
Beynin qabıqaltı nüvəsinin və onların sinir birləĢ-mələrinin
zədələnməsi. Əzələlərin hipertoniya, hiportoniya yaxud distoniya
Ģəklində fəaliyyətinin pozulması.
Nitq aparatındakı əzələlərin güclə hərəkəti müĢahidə olunur.
Tələffüz pozuntuları müxtəlif cür olur. Səs gərginləĢir, səs tembri
dəyiĢir. Bəzən pıçıltıya çevrilir, xırıltılı olur. Saitlərin artikulyasiyası
samitlərlə müqayisədə daha çox pozulur. Ayrı-ayrı sözlər düzgün
tələffüz oluna bilər, lakin bir çox hallarda təhrif olunur və anlaĢılmaz
səslənir. Nitq tempi, ritmi pozulur, xəstə nitqindəki bu qüsurları özü də
görür.
UĢaqlar arasında psevdobulbar dizartriya daha tez-tez müĢahidə
olunur. Belə uĢaqlar hətta normal intellektə malik olsalar da kütləvi
məktəblərdə deyil, yardımçı tədris müəssisələrində təhsil alır.
Qeyd etmək lazımdır ki, nevroloji nöqteyi nəzərdən uĢaq
psevdobulbar dizartriyası mürəkkəb patogenezinə malikdir. Nitq aparatı
əzələlərinin iflici ilə yanaĢı, əzələ fəaliyyətinin müxtəlif pozulmaları da
müĢahidə olunur. Dizartriyanın bu növü adətən erkən körpəlik dövründə
(əsasən də 2 yaĢına qədər) yaranan uĢaq serebral iflic sindromuna
daxildir. Onun yaranma səbəbləri baĢ beynin zədələnməsi, ĢiĢməsi,
doğuĢ zədələnmələri ola bilər. Hərəkət pozğunluqları ümumi səciyyə
daĢıyır. Üz mimikasız, hərəkətlər kobud olur. Bəzi uĢaqlarda bədənin
sağ hissəsi, bəzilərində isə sol daha zədələnməyə məruz qalır. UĢaq özü-
özünü idarə edə bilmir, qaçma, tullanma hərəkətlərində kobudluq
müĢahidə olunur. Qidanı çətin çeynəyir, ağzı sulanır.
Dostları ilə paylaş: |