Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


  ədəbiyyat, qəzet və jurnal nəşr olunur



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə106/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   166
2015-332

 
153 
ədəbiyyat, qəzet və jurnal nəşr olunur. 
11.Karaim  dili.  Litvada,  Ukraynada,  Moskva,  Rostov  və  s. 
şəhərlərdə dağınıq halda yaşayan karaimlərə məxsusdur.Karaim-
lərin  bir  hissəsi  də  Polşada  yaşayır.Karaimlərin  hal-hazırda 
xüsusi  əlifbası  yoxdur.Ona  görə  də  onlar  hazırda  Litva  və  rus 
ədəbi  dillərindən  istifadə  edir,  bu  dillərin  əlifbasında  yazıb 
yaradırlar.Karaim dili isə danışıq dili kimi yaşamaqdadır. 
12.Noqay  dili. Stavropol diyarında və Qaraçay-Çərkəz vila-
yətində,  Həştərxan  vilayətində,  Krasnodar  vilayətində  və  Dağıs-
tanda yaşayan noqayların danışıq və yazılı ədəbi dilidir.Bu dildə 
təxminən,  60  mindən  çox  adam  danışır.Noqay  dilinin  tədqiqinə 
sovet 
dövründə 
başlanmışdır.Bu 
dilin 
öyrənilməsində 
N.A.Baskakovun rolu böyükdür. 
 Noqay  ədəbi  dili  və  yazısı  Böyük  Oktyabr  inqilabından 
sonra inkişaf etmişdir.İnqilaba qədər noqayların bir hissəsi yazıda 
ərəb əlifbasından istifadə etmişdir.1938-ci ildən rus qrafikası əsa-
sında  yaradılmış  əlifba  qəbul  edilmişdir.Hazırda  noqay  dilində 
orta  məktəblər  üçün  dərsliklər,  rayon  qəzetləri,  bədii  və  ictimai-
siyasi ədəbiyyat nəşr olunur. 
13.Özbək  dili. Özbəkistanda  yaşayan özbəklərin dilidir.Öz-
bək  dilində  danışanlara  Özbəkistandan  başqa  Qazaxıstan,  Qırğı-
zıstan, Tacikistan, Türkmənistanda, habelə Çində və Əfqanıstan-
da rast gəlinir.Hazırda bu dildə 14 milyondan çox adam danışır. 
 1927-ci  ilə  qədər  özbək  dilinin  əlifbası  ərəb  qrafikası 
əsasında  aparılırdı.1927-1938-ci  illərdə  onlar  latın  əlifbasından 
istifadə  etmişlər.1939-cu  ildən  isə  özbək  dilinin  yazısında  rus 
qrafikası  əsasında  yaradılmış  əlifbadan  istifadə  olunur.Hazırda 
müasir özbək ədəbi dilində külli miqdarda bədii-elmi və ictimai-
siyasi ədəbiyyat nəşr olunur. 
14.Salar  dili.  Çində  yaşayan  salarların  dilidir.Mövcud 
ədəbiyyatda salar dili həm müasir uyğur dilinin bir dialekti kimi, 
həm də müstəqil dil kimi verilir.Salar dili müstəqil dil kimi son 


 
154 
zamanlarda  tədqiqə  cəlb  olunmuşdur.Bu  dilin  elmi  tədqiqi 
E.R.Tenişevin  adı  ilə  bağlıdır.Salar  dili  əsas  etibarilə  canlı 
danışıq dilindən ibarətdir.Bu dilin özünün əlifbası yoxdur. 
15.Tatar  dili.  Tatar  xalqının  milli  dilidir.Bu  dildə  danışan 
tatar  xalqı,  əsasən  Tatarıstan,  Başqırdıstan,  Çuvaşiya,  Moldo-
vada, Qorki, Tambov, Penza, Ryazan, Ulyanovsk, Samara, Sara-
tov,  Omsk,  Tomsk,  Tumen  vilaytlərində  yaşayırlar.Bunlardan 
başqa Ruminiya, Bolqarıstan, Polşa, Türkiyə və Çin dövlətlərində 
də  tatar  dilli  əhali  yaşayır.Hazırda  tatarların  ümumi  miqdarı  6 
milyon nəfərdən çoxdur.Bəzi ədəbiyyatda bu dil Kazan-tatar dili 
adı  ilə  də  verilir.Tatar  dili  fundamental  şəkildə  Böyuk  Oktyabr 
inqilabından sonra tədqiq olunmağa başlamışdır.Bu dilin əlifbası 
1927-ci  ilə  qədər  ərəb,  1927-ci  ildən  1939-cu  ilə  qədər  latın, 
1939-cu ildən isə rus qrafikası əsasında aparılmışdır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin