Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə103/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   166
2015-332

2.Altay  dili.  Türk  dillərinin  Şərqi-Hun  qolunun  qırğız-
qıpçaq qrupuna daxil olan Altay dili Altay diyarının dağlıq Altay 
Muxtar  vilayətində  yaşayan  əhalinin  müasir  ədəbi  və  danışıq 
dilidir.1948-ci  ilədək  Oyrot  dili  adlandırılmışdır.1959-cu  il 
məlumatına görə bu dildə 45300, 1969-cu il məlumatına görə, 49 
minə  yaxın,  1981-ci  məlumatına  görə  60  minə  qədər  adam 


 
151 
danışır.Altay  dili  fundamental  şəkildə  əsasən  Böyük  Oktyabr 
sosialist  inqilablarından  sonra  öyrənilməyə  başlanmışdır.Bu  dil 
ən  çox  Qırğız  dilinə  yaxındır.Hazırda  Altay  dilinin  əlifbası  rus 
qrafikası əsasındadır. 
3.BaĢqırd dili. Bu dildə Tatarıstan, Özbəkistan, Qazaxıstan, 
Tacikistan  respublikalarında,  habelə  ölkəmizin  bir  sıra  diyar  və 
vilayətlərində danışan başqırdlar mövcuddur.1969-cu il məluma-
tına görə, 1 milyon 300 minə yaxın adam bu dildə danışır.Bu dil 
Tatar dilinə daha çox yaxındır.Başqırd əlifbası əvvəlcə ərəb, son-
ra  latın,  1940-cı  ildən  isə  kiril  qrafikası  əsasında  meydana  çıx-
mışdır.  
4.Qaqauz dili. Ukrayna, Moldoviya, Orta Asiya və Qazaxıs-
tanda,  habelə  Bolqarıstan  və  Ruminiyada  yaşayan  qaqauzların 
dilidir.Bu  dil,  əsasən,XIX  əsrin  ikinci  yarısından  etibarən 
öyrənilməyə  başlanmışdır.  XIX  əsrdən  Rusiyada  yaşayan  qa-
qauzların yazılı dili rus qrafikasında aparılır. 
5.Qazax dili. Qazaxıstan, Orta Asiyada, habelə Çində, Mon-
qolustanda  və  Əfqanıstanda  yaşayan  qazaxların  milli  dilidir.Bu 
dildə  6  milyondan  çox  əhali  danışır.Qazax  dilinin  öyrənilmə 
tarixi  M.Qaşqarlının  ―Divani-lüğətit-türk‖  əsərindən  başlan-
mışdır.Qazax  dilinin  əlifbası  əvvəlcə  ərəb,  1929-cu  ildən  latın, 
1940-cı ildən isə rus qrafikası əsasında aparılmışdır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin