147
Konstitusiyada yazılır: ―Azərbaycan Respublikası əhalinin
danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin
edir‖. Deməli, dövlət dilinin vahidliyi həm də öz demokratizmi
ilə səciyyələnir. Belə ki, respublikamızda yaşayan azsaylı xalqlar,
etnik qruplar öz aralarında, məişətdə, həyatlarının müxtəlif sahə-
lərində öz ana dillərində ünsiyyət saxlamaq hüququna malik-
dirlər; öz dillərində və istənilən başqa dillərdə təhsil almaq hü-
quqları vardır.
Azərbaycan dili ilə bağlı müxtəlif fərmanlar olub. 1919-
1920-ci illərdə Azərbaycan Cümhuriyyəti dilimizi türk dili adı ilə
dövlət dili kimi işlətdi. Sovet çevrilişindən sonra 1930-cu illərə
qədər dövlət dili yenə türk dili adlandırıldı. 1936-cı ildən dövlət
dili Azərbaycan dili adı ilə işlənməyə başlayır.
1992-ci ilin 22 dekabrında verilən fərmanla Azərbaycan Res-
publikasının dövlət dili öz əski adında, türk dili adlandırıldı. 2001-ci
il iyunun 18-də ―Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilmə-
si‖ haqqında fərman verildi. 2003-cü ilin yanvarın 2-də isə ―Azər-
baycan Respublikasının dövlət dili haqqında‖ qanun qəbul edildi.
Dostları ilə paylaş: