Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə101/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   166
2015-332

―Azərbaycan dili‖ mənsur şeirinin öyrənilməsi olduqca zəruridir. 
                             Mövzu 4:Türk dilləri ailəsi 
İlk  dövrlərdə  dünya  dilləri  çox  az  sayda  olub.  Zaman  keç-
dikcə bu dillər arasında bölünmə getmiş, bir dildən onlarla yeni 
dil formalaşmış və formalaşanlarında hər birindən sonralar yenə 
başqa  dillər  əmələ  gəlmişdir.Bu  gün  dünyada  3500-dən  çox  dil 
var.  Bu  törəmə  prosesi  ilə  yanaşı,  həm  də  onlarla  dil  ölmüşdür. 
Bir  kökdən  törəyən  dillər  qohum  dillər  adlanır.  Qohum  dillərin 
hamısına dil ailəsi deyilir. Qədim ulu türk dili aşağıdakı şaxələrə 
ayrılır. Oğuz dili, Qıpçaq dili, Qarluq dili, Sibir dili, Çuvaş dili, 
Saxa(yakut dili)dili. 
 Oğuz dilindən – Azərbaycan, Qaqauz, Türkmən və Türkiyə 
türkcəsi 
Qıpcaq  dilindən  –  Qazax,  Qırğız,  Tatar,  Başqırd,  Qumuq, 
Qaraqalpaq və s. 
Qarluq dilindən – Özbək, Uyğur, salur və s. dillər meydana 
gəlmişdir.  Bu  bölünmə  –  şaxələnmə  milli  dillər  yaranana  qədər 
davam edir. Dil şaxələrinə dil qrupları da deyilir. 
 Avropadan Sibirə və Çinə qədər uzanan ərazidə ana dili olaraq 
180  milyon  insan  tərəfindən,  ikinci  dil  olaraq  danışanlar  da  sayı-
larsa təxminən 250 milyon insan tərəfindən danışılan, 40 ayrı yazı 
dilinə bölünən, qədim tarixə malik olan bir dil – Türk dilləri vardır. 
Türk dilləri Altay dilləri ailəsinə aiddir. Ən çox danışılan Türk dili- 
Türkiyə  Türkcəsidir.  Daha  sonra  Azəricə,  Özbəkcə,  Uyğurca, 
Kazakca  və  Tatarca  gəlir.  Türk  dilləri  ailəsi  kinetik  əlamətlər 
əsasında  təsnif  edilən  ən  böyük  dil  ailələrindən  biridir.  Bu  dil 
ailəsində  23-dən  çox  dil  vardir.  Bu  dillər  çox  ətraflı  tədqiq 
edilmişdir. Türk dilləri ailəsinə daxil olan dillərin xüsusiyyətləri bir 
çox dilçi alimləri maraqlandırmışdır. Türk dillərinin tədqiqi ilə həm 
rus və sovet dilçiləri, həm də xarici ölkə alimləri məşğul olmuşlar. 


 
149 
 Başqa dil ailələrində olduğu kimi, türk dilləri ailəsinə daxil 
edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən 
çox  yaxındır.  Qohum  dillərdəki  belə  yaxın  və  oxşar  cəhətlər 
bunların  bir  ana  dildən  ayrılıb  inkişaf  etdiklərini  göstərir.  Türk 
dilləri ailəsinə daxil olan dillər bir-birinə yaxınlıq etibarilə başqa 
dil  ailələrindən  seçilir.  Belə  ki,  bu  ailəyə  daxil  olan  dillər  bir-
birindən çox az fərqlənir. Məsələn, Hind-Aropa dillərini götürək. 
Buraya həm rus, həm də erməni dili daxildir. Məlum olduğu üzrə 
bunlar arasındakı fərq çox böyükdür. Lakin türk dilləri ailəsinin 
ayrı-ayrı qruplarına daxil olan dillər müqayisə edildikdə çox fərq 
müşahidə  olunmur.  Məsələn:  Dil  sözünü  götürək.  Azərbaycan 
dilində  bu  söz  ―dil‖,  Özbək  dilində  ―til‖,  Qazax  dilində  ―til‖, 
Tatar  dilində ―dil‖ kimi  işlənir. Türk dilləri ailəsi  iki  budağa və 
yarımbudağa bölünür: 
A.Türk  dillərinin  qədim  hun  budağı1.Bulqar  dilləri  qupu, 
2.Oğuz  dilləri  qrupu:  a.Oğuz-Bulqar  yarımqrupu,  b.Oğuz-Türk-
mən  yarımqrupu,  c.Oğuz-Səlcuq  yarımqrupu,  3.Qıpcaq  dilləri 
qrupu:a.Qıpçaq-Poloves yarımqrupu, b.Qıpçaq-Bulqar yarımqru-
pu, c.Qıpçaq-Noqay yarımqrupu, 4.Qarluq dilləri qrupu:a.Qarluq-
Uyğur  yarımqrupu,  b.Qarluq-Xarəzm  yarimqrupu,  B.  Türk 
dillərinin  şərqi  hun  budağı  1.Uyğur-Oğuz  dilləri  qrupua.Uyğur-
Tukay  yarımqrupu  b.Yaqut  yarımqrupu  c.Xakos  yarımqrupu, 
2.Qırğız-Qıpçaq dilləri qrupu 
Müasir dövrdə işlədilən türk dilləri, əsasən, aşağıdakılardır: 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin