Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili dilçiliyin sahələrindən etimologiya, leksiko-
logiya, dialektologiya və digər aparıcı sahələrini özündə birləş-
dirir. Bu dil Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda,
eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir.
Dilimiz tarixən türk dili, türki, türkcə adı ilə tanınmış, indi isə
Azərbaycan dili kimi rəsmiləşdirilmişdir. Hazırda dünyanın müx-
təlif yerlərində yaşayan 35 milyondan çox azərbaycanlı bu dildə
danışır. Azərbaycan dili müstəqil respublikamızın dövlət dilidir.
Azərbaycan dili azərbaycanlıların ana dilidir. Respublika-
mızın qədim sakinlərindən olan azsaylı xalqlar da (ləzgilər, tatlar,
talışlar, avarlar, kürdlər və s.) Azərbaycan dilindən ünsiyyət
vasitəsi kimi istifadə edirlər.
Hər bir dövlətin dövlətçilik əlamətlərindən biri onun siyasi,
iqtisadi, mədəni fəaliyyətini cəmiyyətə çatdıran dildir: dövlət
qanunlarının, rəsmi göstəriş və sərəncamların, rəsmi sənədlərin
vahid dildə olması mühüm siyasi şərtlərdəndir. Bu dil vahidliyi
dövlət quruculuğunda və idarəçiliyində ünsiyyəti asanlaşdırır, an-
laşmanı maksimum təmin edir. Bu əlaqələndirmə və ünsiyyət
vasitəsinə dövlət dili deyilir. ―Azərbaycan Respublikasının dövlət
dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan
dilinin inkişafını təmin edir‖.
3
Azərbaycan Respublikasının bütün dövlət orqanlarında yazılı
və şifahi əlaqə işləri Azərbaycan dilində aparılacaqdır, dövlət
idarələrində vəzifə tutan müxtəlif xalqların nümayəndələri öz
işlərini məhz Azərbaycan dilində icra edəcəklər.