Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə111/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   166
2015-332

23.ġor dili. Şimali Altay və Kuznetsk Altay, Xakas və Dağ-
lıq  Altay  vilayətləri  ilə  həmsərhəd  olan  Ton  çayı  sahillərində 
yaşayan Şorların dilidir.Şor dili türk dilləri ailəsinə daxil olan bir 
dil  kimi  Sovet  hakimiyyəti  illərində  tədqiq  olunmuşdur.Bu  dilin 
əsas tədqiqatçısı N.P.Drenkovadır. 
Dillərin geneoloji təsnifi sahəsində tədqiqatlar hələ də davam 
edir.Demək  olar  ki,  dünya  dilçiliyində  indiyədək  aparılmış  ge-
neoloji  təsnifə  Yer  üzündə  mövcud  olan  bütün  dilləri  tam  əhatə 
edə  bilməmişdir.Elə  dillər  vardır  ki,  onları  indiyədək  heç  bir 
mövcud dil ailəsinə və qrupuna daxil etmək mümkün deyildir.Bu 
cəhətdən  yapon,  koreya,  alban,  yunan  və  başqa  dillərin  digər 
dillərlə  tarixi  qohumluq  əlamətlərini  öyrənib  aşkara  çıxarmaq 
müasir dilçiliyin qarşısında bir problem olaraq qalmaqdadır. 
 M.Qaşqarlı:  ―Dərdini  dinlədə  bilmək  və  türklərin  könlünü 
almaq üçün onların dilləri ilə danışmaqdan başqa yol yoxdur‖. 
Dünya dilləri yarandığı ilk dövrlərdə çox az sayda olub. Za-
man  keçdikcə  bu  dillər arasında  bölünmə  getmiş,  bir  dildən  on-
larla  dil  formalaşmış,  formalaşanda  da  hər  birindən  yenə  başqa 
dillər əmələ gəlmişdir. Bu gün dünyada 3500-dən çox dil var. Bu 
törəmə prosesi ilə yanaşı, həm də onlarla dil ölmüşdür. 
Bir  kökdən  törəyən  dillərə  qohum  dillər  deyilir.Qohum 
dillərin hamısı birlikdə dil ailəsi adlanır. 
Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Türk dilləri ai-
ləsi bir neçə qrupa bölünür: oğuz qrupu, qıpçaq qrupu, qarluq qrupu. 
Dilimiz  oğuz  qrupuna  daxildir.  Türk  (Türkiyə  türkcəsi), 
türkmən, qaqauz dilləri də oğuz qrupuna daxildir. Qazax, qırğız, 


 
157 
tatar,  başqırd,  qumuq  dilləri  qıpçaq  qrupuna  aiddir.  Qarluq  qru-
puna isə özbək, uyğur, salur və s. dillər daxildir. 
Oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci 
minilliyində başa çatır. Deməli, bu qrupa daxil olan Azərbaycan 
dilinin  də  fonetik  sistemi,  əsas  lüğət  fondu  (leksikası)  və 
qrammatik quruluşu həmin dövrdə formalaşmışdır. 
Azərbaycan-türk milli dili isə XVI əsrin sonlarından forma-
laşmışdır.  Bu  dövrdə  çağdaş  dilimizin  əsas  fondu  (leksikası)  və 
qrammatik quruluşu müəyyənləşir 
Dünyada  nə qədər  azərbaycanlı yaşayır? –  Almaniyada yaşa-
yan  soydaşımız  Əli  xan  İqbal  bu  suala  cavab  vermək  məqsədilə 
araşdırma aparmışdır. Bütün dünyada azərbaycanlıların ümumi sayı 
48.703.  575  nəfər  təşkil  edir  Azərbaycan  dilində  dünyanın  85  öl-
kəsində danışılır. 45 milyondan artıq adam bu dildə danışır, talışlar, 
tatlar, ləzgilər və başqa xalqlar da ikinci dil kimi istifadə edirlər. 
Türk dilləri qrupu 5 yarımqrupda formalaşmışdır: 
1.Oğuz  dilləri  yarımqrupuna  (4  dil),  2.Qıpçaq  dilləri  yarım-
qrupuna  (5  dil),  3.Bulqar  dilləri  yarımqrupuna  (6  dil),  4.Qarluq 
dilləri yarımqrupuna (3 dil), 5.Tukay dilləri yarımqrupuna (5 dil). 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin