26, 27 fevral və 1 mart saylarında dərc olunan ―Azərbaycan dili
uğrunda mübarizə tarixindən səhifələr‖ məqaləsində sonrakı
hadisələrin yekunu ilə ətraflı məlumatlana bilərlər.
Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində
Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin çox böyük
xidmətləri olmuşdur.Bəlli olduğu kimi, dövlət dili sahəsindəki
fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin ilk günlə-
rindən başlamışdır.Azərbaycan ədəbi və xalq danışıq dilini dərin
bilən, bu dilin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik im-
kanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi
bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn,
BDU-nun 50 illiyinə həsr edilmiş yubiley toplantısında, yenə
həmin ali məktəbin partiya konfransında yüksək dövlət səviy-
yəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar
edərək, özünə böyük hörmət və məhəbbət qazandı.O çox yaxşı
163
bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni
zamanda onun istifadə etdiyi, danışdığı dilə – Azərbaycan dövlət
dilinə çox böyük hörmət və məhəbbət yaradır.Bütün bunlar təbii
olaraq, ölkədə aşağıdan yuxarıya və eyni zamanda yuxarıdan
aşağıya güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.
1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında
qoydu.Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konsti-
tusiyası təsdiq edildi.Həmin konstitusiya bütün respublikalarda
hazırlanan yeni konstitusiyalar üçün nümunə rolunu oynamalı idi
və faktik olaraq oynayırdı.Həmin konstitusiyada isə əvvəlcədən
dövlət dili haqqında maddə yox idi.Ayrı-ayrı respublikalarda qə-
bul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini
tapmadı.Azərbaycanda isə vəziyyət başqa cür idi.Heydər Əliyev
ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam
etdirirdi.De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan
respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmama-
sına dözə bilməzdi.Respublikanın rəhbər ziyalıları, bütün xalqı
ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə
cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çə-
tinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.1978-ci il aprel
ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin
Azərbaycan Sovet Sosialist Resublikası konstitusiyasının layihəsi
və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yed-
dinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi
ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur:
―Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili
Azərbaycan dilidir‖.
Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanların-
da, maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin
işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qay-
ğısı göstərir.
1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz
164
dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət
idi.Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendu-
munda qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili
dövlət dili kimi öz layiqli yerini tutur:
Maddə21.Dövlət dili
1.Azərbaycan Respublikasının dövlət dili Azərbaycan
dilidir.Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını
təmin edir.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin
bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində
yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də
―Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında‖ fərman
imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə
etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində
yaranmış problemlər də geniş təhlil edilmiş və həmin prob-
lemlərin həlli yolları göstərilmişdir.
Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü
xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan
bir dildir.Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə
əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i, ü, e, ə,
ö) və arxa sıra(ı, u, a, o)saitlər eyni bir söz və ya söz forma da-
xilində işlənə bilməz.Eyni zamanda bu dildə dilortası samitlərin
(g, k) arxasıra, dilarxası samitlərin (k, q, ğ, x) ön sıra saitlərlə bir
hecada işlənməsi də mümkünsüzdür.Azərbaycan dilinin fonem
tərkibində 15 sait və 25 samit vardır.Bu 40 fonem Azərbaycan
əlifbasında 32 hərflə işarə edilir.Azərbaycan dilində 9 qısa sait
vardır.Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar
ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir.Fonetik vurğu
bir qayda olaraq, son hecaya düşür.Azərbaycan dilində sözün
əvvəlində işlənə bilməyən 2 fonem vardır:ı və ğ samitləri.
Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say,
əvəzlik, zərf, fel) və köməkçi (qoşma, ədat, bağlayıcı, modal söz,
165
nida) nitq hissələri daxildir. Bu dildə sözyaradıcılığında əsasən
sintaktik və morfoloji üsullardan istifadə edilir.
Hazırda Azərbaycan latın qrafikası əsasında yaradılmış
Azərbaycan əlifbasından istifadə edilir.Ölkənin siyasi, iqtisadi,
elmi, mədəni həyatında baş verən böyük dəyişikliklər müasir
Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına
səbəb olmuşdur.Bu proses ədəbi dilin bütün üslublarında,
özəlliklə işgüzar və elmi üslublarda, müəyyən dərəcədə mətbuat
üslubunda aydın müşahidə olunur.
Dostları ilə paylaş: |