Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə115/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   166
2015-332

Dil haqqında deyilənlərdən: 
Həzrət  Əli:  ―İnsan  öz  dilinin  altında  gizlənib,  danışmağa 
başlayandan sonra kamil və ya ağılsız olması bilinir‖. 
MəĢhur  natiq  Taleyran:  ―Dil  fikri  açmaq  üçün  yox,  fikri 
gizlətmək üçündür‖. 
Firidun  bəy  Köçərli:  ―Hər  millətin  ozünəməxsus  ana  dili 
var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, 
həyatının mayəsi mənziləsindəndir. Ananın südü bədənin mayəsi 
olduğu kimi, ananın dili də ruhun qidasıdır‖. 
Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiy-
yət vasitəsi kimi istifadə qaydalarını öyrənir. Nitq mədəniyyətinə 
yaxşı yiyələnmək üçün dilin fonetik, leksik və qrammatik qayda-
larını bilmək, nitq zamanı onlara əməl etmək zəruridir. 
Nitq mədəniyyətində dilçiliyin nəzəri fikirləri praktik şəkildə 
həyata keçirilir. Buna görə də Nitq mədəniyyəti dilçiliyin nəzəri 
yox,  praktik  sahəsi  sayılır.  Nitq  mədəniyyətində  ayrı-ayrı  dil 
faktları  və  ya  hadisələri  yox,  dilçiliyin  qayda-qanunlar  sistemi 
öyrənilir. Nitq mədəniyyətinin konkret predmeti yoxdur. 
Natiqliklə nitq mədəniyyətini qarışdırmaq olmaz. Natiqlik də 
şairlik,  rəssamlıq  kimi  sənətdir.  Hamı  nitqini  tərbiyə  edə  bilər, 
amma hər kəs natiq ola bilməz. Ədəbi dilə yiyələnməyin özü nitq 
mədəniyyətinə sahib olmağa çalışmaqdır. 
Nitqin mədəniliyi, dilin-danışığın gözəlliyi bütövlükdə millə-
tin mədəniyyətinin tərkib hissəsidir. 
Gözəl nitq üçün əsasən, iki şərt tələb olunur: 
1.  dilin  özünün  ifadə  imkanlarının  genişliyi,  yəni  hər  hansı 
bir fikri ifadə etmək imkanının olması; 
2.  bu  dildə  danışanın  yüksək  hazırlılığı,  yəni  dilin  ifadə 
imkanlarından düzgün şəkildə istifadə etməsi. 
Azərbaycan  dili  fonetik,  leksik,  qrammatik  quruluşuna  görə 
dünyanın  inkişaf  etmiş  və  zəngin,  mükəmməl  quruluşlu 


 
167 
dillərindən sayılır. Bu dil özünəməxsus musiqili ahəngi, səlisliyi 
və axıcılığı ilə diqqəti cəlb edir. Çox qədim zamanlarda dilimizdə 
şifahi xalq ədəbiyyatı numunələri, daha sonra isə yazılı ədəbiyyat 
yaranmışdır.Bu  dildə  ―Dədə  Qorqud‖  dastanı  bütün  türk 
xalqlarının ən sanballı əsəri adlandırılıb. 
Milli  mədəniyyətin,  o  cümlədən  də  nitq  mədəniyyətinin 
qoruyucusu,  daşıyıcısı  xalqdır.  Xalqın  hər  bir  nümayəndəsi  nitq 
mədəniyyətinə  dərindən  yiyələnməli  və  onu  layiqli  şəkildə 
qorumalıdır.Nitq  mədəniyyəti  dilçiliyin  praktik  sahəsidir.  Gözəl 
nitq nitq üçün tələb olunan şərtlər də genişdir. Dildə danışan hər 
kəsin  yüksək  hazırlığı  olmalıdır.  Nitq  mədəniyyətinə  malik 
olmağın ən yüksək  göstəricilərindən şifahi  və yazılı ədəbiyyatın 
nümunələrini  yaxşı  bilmək  tələb  olunur.  Belə  olduqda  nitq 
mədəniyyəti hər hansı dilin və xalqın milli milli mədəniyyətinin 
tərkib hissəsi kimi diqqəti cəlb edə bilər.  

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin