174
əməl etməkdir.
Mövzu 8: Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi. Nitq mədəniyyətinin (yaxud yüksək mədəni səviyyəli nitqin)
əsas şərtləri bunlardır: nitqin düzgünlüyü, nitqin dəqiqliyi və
nitqin ifadəliliyi.
Nitqin düzgünlüyü dedikdə dilin fonetik, leksik və qram-
matik qayda-qanunlarına əməl etmək nəzərdə tutulur. Məsələn,
―öyə getmək‖ düzgün deyil. Burada dilin fonetik (orfoepik)
qaydası pozulmuşdur. Bu ifadəni ―evə getmək‖ kimi dedikdə nitq
düzgündür.
Nitqin dəqiqliyi dedikdə fikrin ifadəsi üçün birbaşa tələb
olunan sözün, ifadənin və ya cümlənin seçilməsi nəzərdə tutulur.
Məsələn, ―Uşaq dərsdən gəlir‖ – cümləsi düzgündür, ancaq də-
qiq deyil. ―Uşaq məktəbdən gəlir‖ – cümləsi isə həm düzgündür,
həm də dəqiqdir.
Yaxud mal sürüsü, at sürüsü düzgündür, ancaq naxır, ilxı
düzgün olmaqla yanaşı, həm də dəqiqdir.
Nitqin ifadəliliyi isə üslub baxımından ən uğurlu bədii dil
vahidinin işlədilməsi deməkdir.
Nitqin ifadəliliyini nitqin dəqiqliyindən fərqləndirmək o
qədər də asan deyil.
Məsələn, ―O, klassik ədəbiyyatı çox sevir‖ cümləsi düzgün
və dəqiqdir, lakin ifadəli deyil. ―O, klassik ədəbiyyatın vur-
ğunudur‖ cümləsi isə düzgün və dəqiq olmaqla yanaşı, həm də
ifadəlidir.
Yaxud: ―Bizim eşqimiz xalq arasında məşhurdur‖ da demək
olar, ―Bizim eĢqimiz dillərə düĢüb‖ də. Ancaq Səməd Vurğun
daha gözəl (ifadəli) deyib: ―Bizim eşqimiz bir el nağılıdır‖.
Nitqin düzgünlüyünə hamı əməl etməlidir, nitqin dəqiqliyinə
isə hamı əməl etməyə çalışmalıdır. Nitqin ifadəliliyi isə daha çox
şair və yazıçılara məxsusdur.