177
sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş
forması norma kimi qəbul olunur. Məsələn, dilimizin ahəng
qanununa görə şəkilçilər sözlərin son hecasının ahənginə uyğun
olaraq onlara qoşulur. Əgər binalar, anam, almaq, gəlmək kimi söz-
lərdə şəkilçilər binalər, anəm, almək, gəlmax şəklində işlədilirsə, bu
fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə
şəkilçi tərkibində
e,
o saitləri işlənmir. Yerli dialektdə sözlər aton,
nənön, gəler, alacek kimi işlədilirsə, deməli, burada da fonetik nor-
ma pozulmuş olur. Azərbaycan dilinə məxsus sözlərdə vurğu, əsa-
sən, sözün son hecası üzərinə düşür. Bəzilərinin danışığında sözlər
o
,
xu, da
,
ha, si
,
fət kimi tələffüz olunursa, yaxud mənəvi, mavi,
vadar(etmək) kimi sözlərin birinci hecasındakı qısa tələffüz
olunursa, bu da fonetik normadan uzaqlaşmadır.
Dostları ilə paylaş: