Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə121/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   166
2015-332

 
Mövzu 12: Leksik normalar. 
Leksik normalar sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən 
daha  geniş  işlənməsi,  mənasının  asan  dərk  olunması  və  s  baxı-
mından  uyarlısının  müəyyənləşdirilməsi  və  ədəbi  dilə  gətiril-
məsinə xidmət edir. Bu normalara görə sözlərin ədəbi dildə işlən-
məsi aşağıdakı hallarda məqbul sayılmır: 
a)  Sözlərin  yerli  şivə  və  dialektlərdə  işlənən  və  ümumiyyət 
tərəfindən az anlaşılan variantları: məs.: cəviz (qoz), sərək (ağıl-
sız), soruq (döşəkağı), qəlbi (hündür), tumo (zökəm) və s. 
b) Köhnəlmiş, ünsiyyətdə az işlənən sözlər. Bura tarixizmlər 
və  arxaizmlər  daxildir.  Məsələn,  çuxa,  əba,  xış,  badya  (qab), 
dünğ, kəndxuda, suç, çuar (su çuarı) və s. 
c)  Loru  sözlər  və  ifadələr.  Məs:  zırpı  (böyük),  lələş,  qağa, 
fışqırıq, dürtmək, anqırmaq və s. 
d) Sözlərin  yerində  işlənilməməsi.  Məsələn,  Azərbaycan 
xalqı yaxşı yaşamağa məhkumdur (layiqdir əvəzinə); Biz bunlara 
müdaxilə göstərməyə (etməyə əvəzinə) və s. 
e)  Söyüş xarakterli sözlər və ifadələr. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin